SON DƏQİQƏ

128 gündür komada olan Tacəddin şəhidlik zirvəsinə ucaldı- FOTO

Tarix:13-02-2021, 00:25

Vətən müharibəsində yaralan və 4 aydan çoxdur komada qalan İsmayılzadə Tacəddin Vüqar oğlu şəhidlik zirvəsinə ucalıb.
XeberTıme.az  xəbər verir ki, şəhidimiz sabah saat 14:00-da Sumqayıtın Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.
Qeyd edək ki, 24 yaşlı Tacəddin İsmayılzadə həm də Aprel döyüşlərinin iştirakçısı olub. O, 2016-cı ildə döyüşlər başlayan zaman hərbi xidmətdə olub. Vətən müharibəsi başlayanda isə cəbhəyə könüllü yollanıb və kəşfiyyat bölüyündə xidmət edib. Ağdam, Xocavənd və Füzuli istiqamətində döyüşlərdə iştirak edib. Oktyabrın 9-da Füzulidə başından ağır yaralanıb və komaya düşüb.


Allah rəhmət eləsin!


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ