SON DƏQİQƏ

Daha bir itkin hərbçimizin şəhid xəbəri gəldi - FOTO

Tarix:15-02-2021, 23:08

Vətən müharibəsində itkin düşən kiçik çavuş Quliyev Əkbər Güləhməd oğlunun şəhid olduğu müəyyənləşib. 
XeberTıme.az  xəbər verir ki, bu barədə şəhidimizin yaxınları məlumat verib.
 
Hərbçimizin şəhid olduğu DNT analizi nəticəsində təsdiqlənib. Şəhidimizin sabah Neftçalanın Xıllı qəsəbəsində cənazə namazı qılınacaq. Daha sonra Quliyev Əkbərin nəşi Bakıda II Fəxri Xiyabanın yanındakı Şəhidlər Xiyabanında torpağa tapşırılması üçün paytaxta gətiriləcək.
 Qeyd edək ki, 2000-ci il təvəllüdlü Əkbər Quliyev hərbi xidməti Tərtərdə başa vurub. O, müharibədən öncə təlimlərə cəlb edilmiş, daha sonra isə döyüşlərə qatılmışdı (qafqazinfo).

 
Allah rəhmət eləsin!


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ