SON DƏQİQƏ

Şəhid ucalığı

Tarix:18-02-2021, 01:31

44 günlük zəfər yürüşündə Azərbaycan oğulları döyüş meydanında əsl tarix yazdılar.  
                                                       

Sumqayıt şəhəri 42-ci məhəllədə yaşayan 19 yaşında şəhidlik zirvəsinə ucalan Elvin Novruzovun ailəsini ziyarət etdik.    

                                                                               
Azərbaycan bayrağı və şəhidin böyük bir şəkli olan lövhəsi onun bu məhəllədə yaşadığından xəbər verirdi.                                                                                           
Zəfər tariximizi yazan qəhrəmanımızı tanıyaq:

Novruzov Elvin Ziyafət oğlu 3 may 2001-ci ildə Sumqayıt şəhərində zəhmətkeş, sadə ailədə dünyaya gəlmişdir. İlk orta təhsilini 2007-2018-ci illərdə Sumqayıt şəhər T.İsmayılov adına 29 saylı tam orta məktəbdə almışdır.

 
2019-cı il 21 iyulda həqiqi hərbi xidmətə yola düşür. Xidmətinə Ağcabədi rayonunda yerləşən hərbi hissələrin birində başlayan Elvin Novruzov manqa komandiri vəzifəsinə kimi yüksəlir.  

                                                               
2020-ci il 27 sentyabr ordumuzun əks-hucumu başladıqdan sonra Elvin Fizulinin, Cəbrayilın, Qubadlının   işğalçı erməni quldurlarından azad olunmasında, uğurlu   döyüş əməliyyatlarında fəal iştirak etmışdir.   

                             
21 oktyabr...Qubadlının azadlığı uğrunda gedən ağır döyüşdə 19 yaşında şəhidlik zirvəsinə ucalır. 23 oktyabr minlərlə şəhər sakinin, icra hakimiyyətinin nümayəndələrinin, dostlarının, əzizlərinin müşayəti ilə Sumqayıt Şəhidlər Xiyabanında canı qədər sevdiyi torpağa tapşırılır. 

                                                                
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Azərbaycan ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə döyüş əməliyyatlarını layiqincə yerinə yetirən və xüsusi igidlik göstərən  Silahlı Qüvvələrinin əsgəri Novruzov Elvin Ziyafət oğlunu ölümündən sonra “Vətən uğrunda” medalı, “Qubadlının azad olunmasına görə”medalı, “Cəbrayılın azad olunmasına görə” medalı  ilə təltif etmişdir.                                                                            
Canından bir parça namərd gülləsinə tuş gəldi. Başını uca tut şəhid anası!              

Gülşən xanım bütün şəhid anaları kimi asta-asta ağlayaraq bizə  oğlu haqqında xatirələrindən danışdı: 

  
- 87 gün qalmışdı gəlməyinə. Hərbi xidmətindən şərəf duyurdu. Sakit, tərbiyyəli, ailəsini, dostlarını sevən, anaya bağlı bir övlad idi. Arzuları çox idi balamın, hamısı yarımçıq qaldı. Ən böyük arzusu idi, hərbi xidmətini başa vursun gəlsin, işləsin Sumqayıt şəhərində yerləşən “Baxca Şəhər” yaşayış kompleksindən ev alsın. 2 övladımı bu gördüyünüz yataqxanada böyütdüm, tərbiyə etdim, çox əziyyət çəkdik. Bir yandan kasıbçılıq, bir yandan qəzalı vəziyyətdə olan yataqxana. Belə çətin böyüdü övladlarım. Həmişə inanırdım oğlumun parlaq gələcəyinə nə deyim bilmirəm.,Alın yazısı bu imiş...   

                                                    
Bacısı Elvira xanım- Elvin mənim sirdaşım idi.                                    

– Elvin mənim yaxın dostum, sirdaşım idi. Tək təskinliyim qardaşımın şərəfli ömür yol keçdiyini, hər kəsə duyurmaq və Elvindən qalan şəkillərinə uzun-uzadı baxmaqdır. Yaşı azda olsa bir tarix yazdı bu savaşda. Qəhrəmanlar sırasında olduğu üçün qardaşımla qürur duyuram, fəxr edirəm! 


Elvinin yaşadığı 19 illik həyat yolunun xatirələrələrdən danışmaqla bitib tükənmirdi.



Şəhid ucalığına yüksəldin. Döyüş əzmi, qələbə ruhu, Vətən sevgisindən güç alan qətiyyətl, cəsarətli, igid Azərbaycan əsgəri!  
Nur içində yatasan şəhid qardaşım!

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
 

Yeganə Telmanqızı 
 “XeberTıme.az”                                                                                                                                                                          

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ