SON DƏQİQƏ

ŞƏHİD BACISI- Birdə heç zaman yığılıb belə bir foto çəkdirə bilməyəcəyik+ FOTOLAR\VİDEO

Tarix:28-02-2021, 11:30

Vətən sağ olsun! Öz qanını yerdə qoymadın şəhidim Zəfər tarixi yazdın. 
Neftçala rayonu Cəngan kəndində Xüsusi Təyinatlı Qüvvələrinin giziri Cagira ləqəbli Şahmar Mənəfovun ailəsini ziyarət etdik. 


Mənəfov Şahmar Vidadi oğlu 20 mart 1990-cı ldə Neftçala rayonu Cəngan kəndində ziyalı ailədə dünyaya gəlmişdir. 1997-ci ildə şəhid C.Əhmədov adına Cəngan kənd tam orta məktəbin birinci sinifinə qədəm qoyur. Dərslərini orta səviyyədə oxuyan Şahmar müəllimlərinin sevimlisi olur. Hələ kiçik yaşlarından polis olmaq arzusu ilə yaşayır. 2007-ci ilin oktyabr ayında tam orta təhsilini bitirir. 2008-ci ildə həqiqi hərbi xidmətə yola düşür. Ağdam rayonu Quzanlı kəndində yerləşən N saylı hərbi hissədə düşmənlə üz-üzə təmas xətdində xidmət edir. Hərbi xidmətdə hərbi sirlərə yiyələndikcə hərbi sahəyə marağı artır. 2009-cı ilin mart ayında hərbi xidmətini başa vuraraq doğma Cəngan kəndinə qayıdır. İlk əmək fəaliyyətini fəhlə kimi başlayır və yaşıllaşdırma idarəsində fəhlə peşəsində əmək fəaliyyətini davam etdirir. Hərbi sahəyə marağı böyük olduğu üçün 2011-ci ildə Şahmar sənədlərini hərbi hissəyə təqdim edir, Sülhməramlı Qüvvələrinin hərbiçis kimi işə qəbul olunur. Müxtəlif ölkələrdə Bolqarıstanda, Macarıstanda, Əfqanıstanda, Türkiyədə və digər ölkələrdə hərbi təlimlər keçərək beynəlxalq sertifikatlar alır.



Erməni dilində sərbəst danışır. 3 ildən sonra 2014-ci ildə  Xüsusi Təyinatlı Qüvvələrində MAHHXH  qulluqçusu vəzifəsində işləməyə başlayır. 6 ay sonra kurs keçərək gizir rütbəsi alır.


Cəlilabad rayonu N saylı hərbi hissəsində xidmətə başlayır. Hərbi kursantlara və əsgərlərə Dağ təlimlıərində kurs keçir.

 
Qələbə  tariximizin ilk yazılan səhifəsi olan Aprel döyüşlərində 6 erməni postunu keçib gedərək Lələtəpə yüksəkliyinə ilk bayraq sancan döyüşçülərimizdən biri idi.                                   
Anası Gülnisə xanım ağır xəstə olduğu üçün onun arzusu ilə 2020-ci avqustun 1-də sevib seçdiyi Bəyim xanımla ailə həyatı qurur.

 
Avqustun 4-də 56 yaşlı ana haqq dünyasına qovuşur. Şahmar işi ilə əlaqədar ailəsi ilə birgə Cəlilabadın Göytəpə kəndində yaşayırlar.                                     
27  sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinin ilk günündən XTQ-nin hərbiçi giziri ön cəbhəyə yollanır. İşğalçı düşmənə qarşı bütün əks-hucum əməliyyatlarında   fədakarlıqla iştirak edir. Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı və Şüşa uğrunda gedən ağır döyüşlərdə cəsurluqla vuruşaraq 7 erməni postunu dağıdaraq düşmənin bir neçə tankını, zirehli texnikasını, “Ural” markalı hərbi maşınlarını, silah-sürsatını ələ keçirərək yüzlərlə erməni hərbiçisini əsr götürür. Qarabağ torpaqlarını düşmənin muzdlu döyüşçülərindən təmizləyib.

                                                                            
Hər zaman öndə gedən Cagira ləqəbli igidimiz düşmənə qan udduraraq bir sıra uğurlu əməliyyatlardan keçir, 4 gün susuz vuruşur. Torpaqlarımızı qarış-qarış azad olunmasında igidlik göstərərək vuruşur. Cəbrayılın mərkəzində düşmən bayrağını çıxarıb, Azərbaycan bayrağını yüksəklərə qaldırır.  


21 oktyabr...Altı kəşfiyyatçı hərbiçi ilə dumana düşürlər, bir-birinin əlindən tuturlar ki, duman çəkilsin.  Şuşaya gedən yolda erməni ilə əlbəyaxa döyüşürlər. X.T.Q-nin giziri Şahmar Mənəfov Şuşa uğrunda gedən döyüşlərdə, burnundan, qolundan və ürəyindən yaralanaraq 30 yaşında şəhidlik zirvəsinə ucalır. 23 oktyabr böyüyüb-boya-başa çatdığı Cəngan kəndində el qəbirsanlığında anasının yanında uğrunda öldüyü, canı, qanı qədər sevdiyi Vətən torpağına tapşırılır. 


                                                                                                
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 11 ilin təcrübəli, işinin peşəkar olan hərbiçi Mənəfov Şahmar Vidadi oğlunu bir sıra medallar və ordenlə təltif etmişdir:                                                                                    
2013-ci ildə “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi yubiley” medalı.                           
2018-ci ildə “Azərbacan Ordusunun 100 illik yubiley” medalı.                                    
2020- ci il noyabrın 20-də ölümündən sonra “Qarabağ” ordeni.                                      
2020-ci ildə dekabrın 15-də ölümündən sonra “Vətən uğrunda” medalı.

                                                                                              

Atası Vidadi Mənəfov qəhrəman oğlu ilə fəxr edir:                            

- Şahmar hər zaman deyir ki, “Vaxt gələr mənimlə fəxr edərsiz!” Həyat yoldaşım onkoloji xəstə idi. Avqustun 1-də Şahmarı evləndirdik, öz aramızda yığıncaq oldu. Avqustun 4-də yoldaşım vəfat etdi. İki ay ərzində mənim üçün əziz olan 2 insanı itirdim. O, ailəsinə qayğıkeş həyat yoldaşı, valdeynlərinin hörmətini saxlayan bir övlad idi. Şahmar doğurdanda qəhrəman bir oğul idi! Vətənpərvər, vətəninə, xalqına bağlı idi. Bir cümlənidə tez-tez işlədirdi: “Ermənilər kimdi ki, bizim torpağımızda oturub, suyumuzu içib, havamızı uda. İnşallah biz torpaqlarımızı azad edib qalib gələcəyik. Qarabağ bizimdir! Qarabağı işğaldan azad etməmiş geri dönməyəcəyik. Övladım Şahmar kimi oğulların sayəsində biz Zəfər çaldıq.   

                                                                                    
Bibiləri Ceyran və Humay Şahmarın şəkillərinə baxaraq sakit-sakit ağlayırdılar, qardaşın balası haqqında danışmaq çox çətindir.                                                                       
- Şahmar iki bacının bir qardaşı idi.

 
Şahmarı, həyat yoldaşı Bəyimi, bacıları Floranı, Fidanı övladlarımızdan ayırmadıq, itkisi ilə heç barışmırıq. Qardaşımızın beli büküldü avqust ayında xanımını, 2 ay sonra oğlunu itirdi, çox ağır dərdi. Yeni nişanlanmışdı evlıəri təmir etdirdi, hər bir şərait yaratdı, təsüflər olsun ki, özünə burada yaşamaq qisməti olmadı. Toy xoncalarının hamsı açılmadı yazıq balamızın, Allah düşmənə lənət etsin. 



Şahmarın bacısı Flora xanım bir ailə tablosu göstərir və deyir: “Yeganə xanım birdə heç zaman yığılıb belə bir foto çəkdirə bilməyəcəyik. Burda anamda, qardaşımda sağ idi...”

                                                                                                          
- Şahmar bizim tək qardaşımız idi, gözümüzün işığı, arxa, dayağımızıydı. Acı taleyli qardaşım, arzuları ürəyində qaldı...                                                              
Sentyabrın 25-də bizə zəng vuraraq xəbər verdi ki, gəlin həyat yoldaşımı kəndə aparın, biz hərbi təlimlər keçmək üçün rayonların birinə aparırlar. Məndə həyat yoldaşımla gedib gətirdik Bəyimi və son dəfə Şahmarı ümumi maşında gördük. Kefidə yaxşı idi. Heç inanmazdım ki, birdə heç zaman Şahmarı görməyiyəcəyik. Tez-tez evə zəng vururdu deyirdi ki, “Hər şey yaxşı olacaq...”16 oktyabr zəng vurub dedi ki, “Mənim adıma qurban kəsin, mənim burada hər günüm qurbandır,.” 23 oktyabr qurbanı kəsdik amma onun yasına qismət oldu bu qurbanın əti...                             
Hər zaman öndə getdi və heç bir vaxt seçdiyi peşəsindən qileylənməzdi.  

                                                                  
Gənc, xoşbəxt ailənin evliliyi cəmi 55 gün sürür. Şahmarın ömür gün yoldaşı Bəyim xanıma çox çətindir Şahmar kimi həyat yoldaşını itirmək.   

                                           
- Şahmarla bir rəfiqəmin Mükafatla-Mehdinin nişan günündə tanış oldum. Qarayanız insanları heç xoşlamazdım, ona görə ilk günlərdə yox dedim, amma Şahmar məndən heç əl çəkmədi. Gözəl xasiyyətləri ilə məni özünə sevdirdi. Ailəmdə hərbiçi ilə ailə qurmağıma narazı idilər. 2019-cı ilin sentyabr ayının 27-də razılıq verdim, dekabrın 22-də nişanladıq, çox xoşbəxt idim. 2020-ci ilin martın 8-də qız toyu oldu. Avqustun 1-də ailə həyatı qurduq. Qaynanam Gülnisə xanım   mənə dedi ki, “Şahmarı təhfil verdim sənə, ürəyim rahatlaşdı”                                                    
Şahmar kimi qaygıkeş, mədəni insanın həyat yoldaşı olmaq qürurvericidir. Çox isdəyirdik bir-birimizi, həyatda rast gəldiyimiz üçün sevinirdik.  Az sürdü evlilik həyatımız, onunla 55 gün xoşbəxt ailə həyatı sürdüm və elə bilirəm ki, bir ömür yaşamışam bu insanla, bir gündə incitmədi məni, elə hey qaygımı çəkdi. Hər dəfə mənə zəng vuranda deyir di ki, “Gözəlim darıxma mənsiz.” Kaş yaralı olardı amma sağ olardı, 100 qurban demişdim gəlməyinə...                                 
Döyüşə getməmişdən əvvəl evdə söhbət edirdik. Dedi ki, “Mən  Milli Qəhrəman olmaq istəyirəm, bütün Azərbaycan məni tanısın. Həyatdır, birdən nə isə olsa, mənimlə fərx edərsən.” Doğurdanda fəxr ediləcək bir oğlan idi, heyf çox az yaşadıq, o qədər xəyallarımız, arzularımız var idi ki... Həyata bir dəfədə gəlsəydim ömür-gün yoldaşımı Şahmarı seçərdim. O mənim ömürlük qəhrəmanımdır.    

                                                     
Müəllifdən: Başını uca tut Vidadi ata sənin oğlun Vətən yolunda qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb! Başını dik tut şəhid xanımı hər zaman Şahmarın həyat yoldaşı olmağınla fəxr edəcəksən və 55 gün yaşadığın ailə həyatın bir ömür ailə tarixçən olacaq, çünki sənin ömür-gün yoldaşın qeyrətli, fədəkar ömür yolu keçib!                                
Xüsusi Təyinatlı Qüvvələrinin giziri Şahmar Manafov son damla qanına kimi düşmənə qan udduran ölməz hərbiçilərimizdənmdir. İndi bu evin divarlarında asılan şəkillər, Şahmarın geyindiyi hərbi forma, şəxsi əşyalarından ibarət güşə onun keçdiyi uzun və şərəfli hərb və döyüş yolundan xəbər verir.  Nur içində yatasan şəhid qardaşım!  

                   

“Erməni şərəfsizləri kimdir ki, biz onlardan qorxaq, biz onların hamsını məhf edəcəyik, Qarabağ bizimdir!” sözlərinin müəllifi Şahmar Mənəfovun videosunu izləyin. 



Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
 

Yeganə Telmanqızı 
 “XeberTıme.az”                                                                                                                                                                          
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ