SON DƏQİQƏ

Şəhidliyə gedən şərəfli yol

Tarix:9-03-2021, 23:50

Tahir Mahir atanın, Ruhiyyə ananın yeganə övladı idi. 

Vətən müharibəsi qəhrəmanını tanıyaq: 

Əliyev Tahir Mahir oğlu 20 iyul 2001-ci ildə Bakının Maşdağa qəsəbəsində sadə zəhmətkeş bir ailədə dünyaya gəlmişdir.


 
2009-2018-ci illərdə Ə.Vahid adına 293 saylı tam orta məktəbdə təhsil alır.  9-illik təhsilini başa vuran Tahir ailə təsərüffatına məxsus olan karqoda işləyərək ailənin maddi durumuna köməklik edir.  

                                                                            
2019 cı il iyul ayının 20-də 18 yaşı tamam olur.

 
23 iyulda həqiqi hərbi xidmətə gedir. 15 ay hərbidə xidmət keçir. İlk 3 ayını Gəncə şəhəri N saylı hərbi hissədə, 12 ayını Qazax rayonunda yerləşən hərbi hissələrinin birində xidmətini davam  etdirir.  

                                                                                   
2020- ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatı başlanır əsgər Əliyev 11 oktyabr döyüşlərə  qatılır.                                                                                                   
13 oktyabr...Fizulinin aşagı Əbdulrəhmanlı kəndi uğrunda  gedən ağır döyüşlərdə igidliklə vuruşaraq snayperlə vurularaq başından yaralanır və şəhidlik zirvəsinə ucalır. 14 gün neytral zonada qalır və Tahirin nəşi götürülərək ailəsinə təhvil verilir. 30 oktyabr Sabunçu rayon icra nümayəndələrinin, Müdafiə Nazirliyinin əməkdaşlarının, yüzlərlə kənd sakinin, yaxınlarının və ailə üzvülərinin müşayəti ilə canı qədər sevdiyi torpağa tapşırılır. Şəhidin tabutuna bükülmüş bayraq atası Mahir Əliyevə təqdim olunur.  


Ali Baş Komanda İlham Əliyev Silahlı Qüvvələrinin əsgəri Əliyev Tahir Mahir oğluna döyüş tapşırığını şərəflə yerinə yetirdiyinə görə ölümündən sonra “Vətən uğrunda” medalı, “Füzulinin azad olunmasına görə” medalı ilə təltif etmişdir.                                                             

Ruhiyyə xanım siz elə oğul böyütdüz  ki, düşmənə bu torpağın canı bahasına olduğunu sübut etdi. Haqqınız ödənilməz! 

                                                                                        
- Tahir mənim ən böyük varlığım yeganə övladım idi. Sözə baxan, hər şeyin yerini bilən, Vətənini, xalqını sevən bir oğul idi. Arzularımın hamısı daşa çırpıldı...cəmi bir gün döyüş yolu keçdi balam amma böyük tarix yazan igidlərdən oldu. Yazıq balam bizlə bərabər zəhmət çəkdi ki, maddi korluğumuz olmasın. Balamla bağlı elə gözəl istək və arzularım var idi ki...  

 
Şəhid valdeynləri dünyanın ən dəyərli varlıqlarıdır. Onlar övladlarını vətən, torpaq sevgisi ilə böyüdüblər. Mahir Əliyevə şəhid oğlu haqqında danışmaq çətin olsa da bizimlə həmsöhbət oldu:   

                                                                 
- Oğlum mənim həm övladım, həm də dostum idi. Onunla bağlı elə böyük ümüdlərim var idi ki... yemədim yedizdirdim, geymədim geyindirdim. O bütün ümüdlərimi şəhadəti ilə əvəz etdi.  
Tahirin  ən böyük arzusu Vətən yolunda şəhadəti idi, o arzusunada çatdı. Oğlumdan indi mənə tək qalan şəkillər və xatirələridir.  
Bu neçə ayda çox qocaldım. Bilmirəm necə yaşayıram, haradayam, kiməm, nə istəyirəm sözün bitdiyi yer... 

                                                            
Sağ olsun xeyirxah insanları hər zaman bizi ziyarət edirlər. Onlardan iş adamı Rafiq Xəlil, Tahirin komandiri, qazi Asim Quliyev, jurnalist Mehriban Sadıqova, Sabunçu rayonu YAP-nın üzvüləri, icra nümayəndəsi Fərid müəllim.  

                                                                                         
Mənə və mənim simamda olan bütün şəhid atalarına həvəskar şair M.Xalid  bir seir həsr edib.                                                                                

Şəhid Tahir Mahir oğlunun atasına mənəvi təsliyyəti. 

Sil göz yaşını, ey ata, sağdır sənin oğlun,                                     
Fəxr eylə şəhiddir, üzü ağdır sənin oğlun. 

Məğrur dayan ki, bir igid sahibisən sən,                                 
Mərdlikdə yenilməz uca dağdır sənin oğlun. 

Lay-lay deyib öz qoynuna çəkmiş onu torpağ,                          
Ruhən əbədiyyətdə oyağdır sənin oğlun. 

Bir şəm kimi yaxsa da atəşlərə canın,                                             
Min bad ilə sönməz bir ocaqdır sənin oğlun.  

Qeyrətlilərin sərvəri, sərdar Hüseynə,                                               
Xoş halına cənnətdə qonağdır sənin oğlun.

Keçməklə vətən naminə izzətlə canından,                                     
Göstərdi ki, zillətdən uzaqdır sənin oğlun.

Durduqca cahan bil ki, səadət üfüqündən,                                      
Nur paylayan afaqə çıraqdır, sənin oğlun. 

Cismən nə qədər səndən uzaqlarda da olsa,                                  
Ruhən də sənə arxa, dayaqdır sənin oğlun. 

Səbr et ata, məhşərdə görüşmək ümidiylə,                               
Mütləq ki, əlindən tutacaqdır sənin oğlun.   

Azərbaycan Respublikasi təhsil cəmiyyətinin idarə heyyətinin üzvu, iş adamı Rafiq Xəlil hər zaman şəhid ailələrinin yanındadır:  

   
- Vətən müharibəsində Azərbaycan döyüş meydanında mühüm nailiyyətlər qazanaraq möhtəşəm qələbəni təmin etdi və hərbi uğur olaraq Zəfər tarixini yazdı. Bu müharibədə Azərbaycan öz gücünü bütün dünyaya göstərə bildi. Müharibə varsa şəhiddə var. Şəhidlər unudulduqca ölürlər. Ən böyük misyalarımdan biridə daima şəhidləri təbliğ etməkdir. Vətən sağ olsun! 

Nur içində yatasan şəhid qardaşım! 



Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Komandir, qazi Asim Quliyevin öz əsgərləri həmçinin Tahir Əliyev haqqında  haqqında danışdığı video çarxı sizlərə təqdim edirik. 

 

Yeganə Telmanqızı 
 “XeberTıme.az”                                                                                                                                                                          

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ