SON DƏQİQƏ

Naxçıvanın və Azərbaycanın fəxri Şuşa Fatehi

Tarix:11-03-2021, 00:10

Malik Cəbiyev- Tarixə düşən gizir  
Polad Haşımovun əlindən fəxri fərman alan,   Şuşa uğrunda mübarizədə igidliklə   döyüşən, bədəninə batan dəmiri  kəlbətinlə çixaran, yaralanmağına baxmayaraq  döyüşə davam edən, çətin vəziyyətdə qalan yaralı yoldaşlarını ölümdən xilas edən, döyüşçü yoldaşının cəsədinin  düşmən  texnikasinin altında qalmaması üçün  öz həyatından   keçməyə hazır olan, yoldaşlarıyla birlikdə dörd gün ac-susuz qalan, Şuşaya ilk dəfə maşın sürən, ermənilərin başına pul qoyduğu, Qoca Dayı ləqəbli, Naxçıvan qartalı kimi tanınan  Xüsusi Təyinatlı Şuşa Fatehi  Malik Cəbiyev. 
Cabiyev Malik Əjdər oğlu 1981-ci ilin yanvar ayının 19-da Culfa rayonun Bənəniyar kəndində anadan olmuşdur.
1999-cu ilin iyul ayında həqiqi hərbi xidmətə getmişdir. 2001-ci ilin yanvar ayında həqiqi hərbi xidməti bitirmiş, 2002-ci ilin sentyabr ayının 15-də silahlı qüvvələrin Təlim və Tədris mərkəzinin “gizir hazırlıq kursuna” qəbul olunmuşdur.
9 fevral 2018-ci il tarixdən N saylı hərbi hissəyə Xüsusi Təyinatlı bölüyün baş çavuşu vəzifəsinə təyin olunmuşdur. 
 Malik Cəbiyevin Şuşa qalasını ələ keçirmək üçün çəkilən əziyyətləri misilsiz olub. Düşmənin tanklarını, bemplərini və özlərini məhv edib. Şuşa məscidinə  dostları ilə birlikdə  xalçaları öz əlləri ilə düzüb, oraya möhür aparıb namaz qılmaq arzusunu həyata keçirib.
Malik Cəbiyevə atılan güllə cibindəki telefonu deşib, şükür Allaha ki, hərbiçimizə  zərər dəyməyib, Cəbiyev deyir ki , Şuşanı   cirmaqlayaraq  , əllərimizlə  almışıq. Allah Ali Baş Komandanımızı və  bütün hərbiçilərimizi qorusun .                                                                                         

Malik Şuşadan qayıdandan sonra  Beyləqan şəhərinə gətirildi. 15 noyabrda onun görüşünə getdik. Söhbət zamanı onun İkinci Qarabağ müharibəsində keçdiyi şərəfli yolu bizə anlatmağını xahiş etdik.                               
Qəhrəman oğlumuz Şuşanı yoldaşları ilə birlikdə necə xilas etdiklərini danışmağa başladı:                                                     
 - 2020-ci ilin oktaybr ayının 17-də Culfa rayonundan Naxçıvanda Heyder Eliyev adına hava limanına gəldik. Günün ikinci yarısında Bakı beynəlxalq hava limanına çatdıq. Həmin gece N saylı hərbi hissədə qaldıq. Oktyabrın 18-də saat 08:00 radələrində Bakı-Saatlı –Beylaqan marşurutu ilə marş keçirildi. 15:00 da Fizuli rayonunun Dünyamalılar kəndinə çatib döyüş tapşırıqlarının yerinə yetirmək üçün hazırlıqlara başladıq. 19 oktyabr tarixində N saylı XTB tərkibinə verildim. Günün ikinci yarısında Hadrut yaşayış məntəqəsinə hərəkət etdik və Qırmızıqaya kəndinin yaxınlığında yüksəkliklərdə yerləşdik. Axşam tərəfi kəndə girdik və düşməndən təmizlədik. 20 oktyabrda Tuğ kəndini düşməndən təmizlədik. Ayın 21-də Azak yaşayış məntəqəsini və adsız yüksəklikləri  ələ keçirərək təminat-təxliyyə yollarını nəzarətə götürdük . 22-de Köç y.m istiqamətində hərəkət etdik və kəndi düşməndən təmizlədik. Oktyabr ayının 23-də saat 06:00 radələrində   Köç y.m- dən yüksəkliyə hərəkət edib ələ keçirdik. Martini-Qırmızıbazar istiqamətində təminat yollarını nəzarətə götürdük. Oktyabrın 24-də Çanaqçı meşəsinə hərəkət etdik. 27-si Çanaqçı meşesindən Şuşa istiqamətinə hərəkətə başladıq Şuşa
istiqamətində meşədə gecələdik. 29-u Daş altı kəndinin üstündəki adsız yüksəkliyi ələ keçirdik. Oktyabrın 30-da Topxana meşəsinə çatdıq. Noyabrın 1-də Xocavənd-Şuşa istiqamətində sursat anbarı artilleriya vasitəsiylə vuruldu və partlayış baş verdi. Partlayış nəticəsində mərmilər ətrafa səpələndi deyə meşədə mövqeləndik. Ayın 2-də Laçın kalidorunu nəzarətə götürdük. Və adsız yüksəkliklərdə yerləşən düşmən mövqelərini ələ keçirdik. Ayın 3-də səhərə yaxın Xankəndiylə Şuşa istiqamətində hərəkətə başladıq. Noyabrın 4-də günorta yüksəklikdə yerləşən  komanda məntəqəsinin yaxınlığında yerləşdik. Sonra hücum edərək Şuşa-Xankəndi yolunu nezarətə götürdük. Bu əməliyyatda MAHHXHQ əsgər Yüzbaşıyev Ismayıl Fəzail oğlu şəhid oldu. Digər yoldaşlarıma bunu bildirmədim ki, onlar psixoloji zəifləməsinlər. Bundan sonra ayın 5-də gecə saat 03:00 radələrində Şuşa şəhərinə hücuma başladıq. Şuşa türməsinin yanında düşmən pusqusuna düşdük, çox sayda yaralılarımız və 1 nəfər kiçik gizir Samir Mehdiyev şəhid oldu. İrəli gedəndə Samirin qalxmadığını gördük. Allah ona rəhmət eləsin!                

O qədər pis olduq ki, o çox ac idi həm də susuz. Elə deyirdi ki, çatsaydiq bir tikə çörək yeyərdik, bircə  su içsəydik... Yazıq həqiqətən çox ac idi. Evin bir oğlu idi,  o da şəhid oldu.
Bir anlıq susur...
Yenidən sözə başlayır:
Buna baxmayaraq pusqudan çıxdıq və Şuşa qalası istiqamətində hücumu davam etdirdik. Şuşa qalasının yanından ötüb keçdik, qorunmaq üçün muzeyin zirzəmisində mövqeyləndik. Noyabrın 6-da mən bir yarım grupla pusquda olan şəhid va yaralıların ardınca getdim.
Türmədən bir nəfərin bizə tərəf qışqırmağın gördüm. Düşmən bilib mövqeləndik. Birazdan bizimkilərdən olduğunu bildim. Mən yanımdakılara qorxmayın deyib  ayağa qalxdım. Yaxınlaşdım. D.G bt.dan Kərimov Sənan olduğunu gördüm. Gəldim məni qucaqladı ki, Cəbi, sən mənə bir dünya verdin.                                                                          

Onun necə olduğunu soruşdum.  O isə "məni boş ver" dedi və məni içəri saldı. Ora çox darısqal idi. İçəridə 6 nəfər daxili qoşunların heyətlərindən olan ağır  yaralılar var idi. Onları çölə çıxardanda Xankəndi istiqamətindən Şuşa istiqamətinə tankları və heyəti qalxırdı. Artrelya və tanklardan bizə atəş açırdılar. Mən bir 06 markalı avtomobil  gördüm  işə saldım yaralıları həmin maşınla  ordan çıxardım, xilas etdim.                                                   
Yəqin ki türmənin polislərinin maşını idi.   
Tanklar sağa-sola hara gəldi atırdılar bunlara baxmayaraq  Tanrı bizə qanad verdi elə bil. Heç vaxt keçmədiyim o Şuşa yollarında maşını sürürdüm. Şuşa hamamının qabağından keçəndə daha  iki nəfər yaralını gördüm. Maşında yer olmadığından onları maşının baqajina yerləşdirdik və  xilas etdik.                                                                                       
Şəhid və yaralıları Şuşa məktəbinə yerləşdirdik. Yaralarını təmizlədik, bağladıq. Həmin təhlükədən onları çıxartdım. Noyabrın 7-də pusquda gözlədik və digər qruplarla Şuşadan düşməni təmizlədik. Noyabrın 8-də Şuşanın azad olunması Cənab prezidentimizə məruzə olundu və 9 noyabrda müqavilə imzalandı.
Bu müsahibəni aldıqdan bir neçə gün sonra Kəlbəcərə getdilər. Polad Haşımovun  çəkdirdiyi yolları çox yaxşı tanıdığı üçün həm də bir bələdçi kimi öndə gedirdi. Tez - tez vurğulayırdı "rəhmətlik Generalımız Polad Haşımov bilirdi ki, bu yollar bizə lazım olacaq çəkdirirdi. Allah ona rəhmət eləsin."
General Polat Həşimovun əllərindən Fəxri fərman  alaraq onun döyüş yolunu  layiqincə davam etdirir. Necəki, generalımız öz çəkmələrini əsgərinə hədiyyə etmişdir eləcə də əsgəri ac qalmasın deyə öz yeməyini dəfələrlə əsgərlərinə paylayir  Malik Cəbiyev. O deyir ki, mən yaşlıyam, təcrübəliyəm , dözə bilərəm amma əsgərlərim ac qalmasın.                                                
Həyatını vətəninə xalqına həsr edən bu insanın hələ də öz evinin olmaması buna sübutdur… Malik Cəbiyev  mənim evim Vətənimdir, Vətənim mənim evimdir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimiz şəfa tapsın İnşallah deyir.
Onun Müharibədən qayıtmağı bütün Naxçıvan əhalisini sevindirdi. Onları qarşılamaq üçün gecənin gec saatları olmağına baxmayaraq  yüzlərlə insan toplanmışdı. 
 Prezidentimiz dəfələrlə öz çıxışlarında Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinin zəhmətini dəyərləndirmiş və onların qəhrəmanlıqlarını xüsusi vurğulamışdır.
2-ci Qarabağ müharibəsindən sonra Cəbiyev Malik Əjdər oğlu Azərbaycan Respublikasının prezdentinin sərəncamı ilə "İgidliyə görə" və "Şuşanın azad olunmasına görə " medalı ilə təltif olunmuşdur. Hal-hazırda N saylı hərbi hissənin 3-cü xüsusi təyinatlı bölüyünün baş çavuşu vəzifəsində xidmətə davam etdirir. Bu yaxınlarda Müdafiə Nazirliyindən qəhrəmanımızla əlaqə saxlanılmış və  Naxçıvan heyətindən artıq  tarixə düşən şəxsiyyət olduğunu  qeyd etmişlər.

Tarixə düşən Gizir haqqında yazdı şairə publisist 
Sevda İbrahimli. 09.03.2021.


Vətənimizin keşiyində hər zaman ayıq-sayıq dayanan xüsusi təyinatlı baş gizir Malik Cəbiyev (Nəvələrimin əmisinə)
 
Şərəfli adın var ,sən vətən oğlu,
Şücaət göstərsən, ey vətən oğlu.
O torpaq altında ulu baban  var,
Səninlə qürurlu elin oban var.
...
Səngərdə ayıq ol,düşmən xaindi,
Quyruq bulayırlar yaltaqlar indi.
Hünər göstər sən, zəfərlər qazan,
Adına yazılsın qəhramanlıqlar,
Tanrı özü olsun köməyində yar
..
Dinlə gəl sən məni ,sənə sozum var,
Qələbə gününə qurbanlığım var.
Tanıyır el səni cəsarətlisən,
Səninlə qürurlu elin oban var.
 
Sevda İbrahimli. 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ