SON DƏQİQƏ

FƏXARƏT!

Tarix:26-04-2021, 10:18

Əfsanəvi general-mayor Polad Həşimov- Anar sən səngərdə böyüyən zabitsən! 
Ömrünün 18 ilini Vətənə xidmət edir, onun 16 ilini səngərdə xidmət edən çəsur mayor şəhidimizi tanıyaq!                                                                                  

Məmmədov Anar Elşad oğlu 1986-cı il Sabirabad rayonunda zəhmətkeş bir ailədə dünyaya gəlmişdir. Ailənin ilk övladı olan Anar hələ uşaqlıqdan savadı və dünyagörüşü ilə yaşıdlarından fərqlənirdi. Anar 1992-2000-ci illərdə (8-ci sinifinə qədər) M.Ə.Sabir adına Sabirabad rayonu 1 sayli tam orta məktəbdə təhsil alir. Arzusu zabit olmaq idi və bu arzu onu Cəmşid Naxçivanski adına hərbi liseyə gətirib çıxarır. Təhsil illərində ən böyük arzusu forma geyinərək, əlinə silah alaraq xalqını qorumaq olur. Oranı əla qiymətlərlə bitirib Heydər Əliyev adına Ali hərbi məktəbə qəbul olur. 2003-2008-ci illərdə burada təhsil alır və leytenant rütbəsi ilə hərbi məktəbi bitirir. Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində işə başlayir.

 
4 aydan sonra  Anar Goranboya N sayli hərbi hissəyə göndərilir orada nümunəvi zabit adını alir, daha sonra Tərtərə N sayli hərbi hissəyə təyinatla gedir və elə orada 2009-cı ildə baş leytenent hərbi rütbəsin alir. Anar peşəkar zabit idi. O 18 il xidmətinin 16 ilini o düşmənlə üz-üzə xidmət edib dəfələrlə səngərdə mukafatlandırılıb.

 
Əsgərlərinə daim qayğı ilə yanaşan komandir daim onların problemləri ilə maraqlanıb və böyük kimi köməklik göstərib. Anar Məmmədovu 2013-cü ildə Ali hərbi məktəbdən çağırırlar və ondan rica edirlər ki, burada özü kimi zabitlər yetişdirsin elə orada 2014-ci ildə kapitan hərbi rütbəsinə layiq görulur. Kapitan Məmmədov nazirlik tərəfindən dəfələrlə mükafatlanır və Anar xahiş edirki onu ön xəttə göndərsinlər. Beləliklə onu Beyləqana xidmətə gedir daha sonra Füzuliyə və orda qərərgah rəisi kimi işə başlayir. Anarı yenidən Beyləqana çağırırlar orada N sayli hərbi hissədə qərərgah rəisi,  daha sonra tabor komandiri kimi xidmət edir. 2018-ci ildə mayor hərbi rütbəsini Beyləqanda alır. Bir il Füzulidə xidmət edir. Tağım komandiri, bölük komandiri, MTO, qərərgah rəisi, Vətən müharibəsində tabor komandiri vəzifələrində xidmət etmişdir.

 

Polad Həşimovun şəhid olamasından mayor Məmmədov çox sarsılır, ona bu xəbər pis təsir edir. Tovuz döyüşlərində şəhidlik zirvəsinə ucalan polad mətinli general-mayor Polad Həşimov Anar Məmmədov haqqında dedikləri: “Anar sən səngərdə böyüyən zabitsən!                  
2008-ci ildə Nəzirə adlı qızla ailə həyatı qurur. Anar şəhid Heydər Həmidovun qızına vurulur o zaman bilmirdilər ki, zaman gələcək 4 yaşında atasız qalan Nəzirənin uşaqlıq taleyini 4 yaşlı qızı İmamə  yaşayacaq.

 
Təsadüfi görüş onları bir birinə bağlıyır və böyük bir sevgi yaranır o sevgiki dastanlara sığmır. Beləliklə şəhid Heydər Həmidovun qızı Nəzirə və Anarın həyat hekayəsi başlayır. Nəzirə yodaşı ilə bərabər bütün rayonları gəzir Anar harada xidmət edirdisə Nəzirə  onunla bərabər ona yol yoldaşı olur. Gözlərindən oxunurdu sevgiləri Anar Nəzirəni öz balası kimi sevirdi və ona söz vermişdiki atanın qisasını alacam Züzüm. Anar Nəzirəni belə çağırırdı. Beləcə xoşbəxt ailənin 2010-cu ildə Zeynəb adli qızları olur. Zeynəb ailədən kökdən gələn qanı daşıdıqına görə vətənpərvər ruhda böyuyur. Gözəl günlər keçirən ailə hər zaman nümunəvi ailələrdən olub daha sonra 2016- cı ildə qızları İmamə dünyaya gəlir.

 
Anar balalarını canından çox sevirdi çox gözəl ata, numunəvi həyat yoldaşı, dost, sirdaş idi. Anar Məmədov şəhidlik zirvəsinə ucalandan sonra Nəzirə xanımın boynuna iki şəhid yükü düşür və Anar Nəzirə sevgisi əl çatmayan bir zirvə olur.                                                                 
İkinci Qarabağ muharibəsi başlayir. Anar ön xətdə batalyonu ilə birgə vururşur. Fizuli Hadrut Xocəvənd istiqamətində gedən döyuşlərdə yaralansada hospitalda qalmaqdan imtina edir və döyüşlərə qatılır.    

                                                               
20 oktyabr 2020-ci il...Səngərlərdə böyüyən zabit Hadrutun Tuğ kəndi yaxınlıqında şəhidlik zirvəsinə ucalır. Mənfur düşmənimiz cəsur döyüşçümüzün nəşin girov götürürlər. Noyabrın 22-də geri qaytarılır. Noyabrın 23-də minlərlə rayon, kənd sakinlərinin, icra hakimiyyəti nümayəndələrinin, Müdafiə Nazirliyinin əməkdaşlarının, yaxınlarının, dostlarının, əsgərlərinin, zabitlərinin ailə üzvülərinin müşayəti ilə Sabriabad rayonun Cavad kəndində canı qədər sevdiyi Vətən torpağına tapşırılır. Şəhidin tabutuna bükülmüş üçrəngli Azərbaycan bayrağı mərhumun yaxınlarına təqdim olunur.   

 
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçusu, mayor Məmmədov Anar Elşad oğlunu ölumundən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif etmişdir. Qardaş Türkiyə respublikasının  bir neçə   qəzeti mayor Anar Məmmədovun qəhrəmanlığından yazaraq türkiyə ictimayətinə çatdırmışdır.     

                                                                                   
Ömür-gün yoldaşı Nəzirə xanım: “Mənim həyatım yarımçıq qalmayıb!”                                                                              

- Yeganə xanım mən Anarı tanıyandan onunla fəxr edirəm. Mənim həyatım yarımçıq qalmayıb. Mən şərəfli kişinin qızı, qayğıkeş həmdə şanlı tariximizi yazan kişinin həyat yoldaşıyam. Bizim yaşadığımız 12 illik ailə həyatı bir dastandır. Anar çox gözəl ailə başçısı, qayğıkeş ata idi. Hərbi xidmətə başlayan ilk günündən onun əlindən tutaraq bərabər xidmət etdik. Hərbiçi müxtəlif rayonlarda xidmət edir və məndə onunla bərabər o rayonlarda yaşadım. Şəraitsiz, arzuolunmayan  yerlərdə yaşadıq qaz, su, korluğu çəkdim, amma çox xoşbəxt idim.

 
Anarla ilk tanışlığım tələbəlik illərindən başladı. Mən Təffəkkür Universtetinin 3-cü kursunda  oxuyurdum, təsadüfən həyətdə bir oğlan mənə yaxınlaşdı və məndən söz soruşdu. Mən qismətimi bir necə ay əvvəl yuxuda görmüşdüm. Mənə artıq agah idi ki, 4 hərfli addan ibarət, paqonlu bir oğlan olacaq qismətim və simaca Anarı görmüşdüm. İlk qarşılaşdığım gün bunu hiss etdim və yuxumun çin çıxacağına inandım. Bəli qismətimlə rastlaşmışdım. Orta məktəbdə təhsil alanda o məndən bir sinif yuxarı oxuyurdu, lakin mən onu tanımamışdım.                   
Anar hərb tarixiniə adını qızıl hərflərlə yazan hərbiçilərimizdəndir. O xalqına, vətəninə şərəflə xidmət etdi. Anar mənim, balalarımın, Azərbaycan xalqının FƏXARƏTİDİR.  

                            
Teleməkanlarda hər zaman şəhidləri tanıdaraq, onların ailələrinə sonsuz ehtiram göstərən tanınmış vəkil,  Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Əkbər Yusifoğlu Anarın yaxın qohumu ilə I Qarabağ müharibəsinədə çiyin-çiyinə döyüşmüşdür. Bir döyüşçü zabit kimi Anar haqqında fikirlərini bizimlə bölüşdü:                                                                                                      
- 4 rəqəmi Məmmədovlar ailəsinin qələbə, zəfər rəqəmədir. Nəzirə xanımın 4 yaşı olarkən atası Heydər Həmidov şəhidlik zirvəsinə ucalır,  4 yaşlı İmamə asdlı qızıda  4 yaşında olarkən atası Anar Məmmədov 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalır. Bu gün fəxrlə söylədiyimiz həmin şanlı Qələbəni Azərbaycan Ordusunun, əsgər və zabitlərimizin yüksək peşəkarlığı sayəsində əldə etdik. Bizlər də vətəndaş olaraq torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından, qanından keçən şəhidlərimizlə, qazilərimizlə, Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri ilə fəxr edir, qürur duyuruq. Bir ömür boyu onlara borclu və minnətdar olmalıyıq. Ən böyük amalımız, işimiz, vəzifəmiz şəhidlərimizi tanımaq və tanıtmaqdır. Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan qəhrəman şəhidlərimizi yad etmək, xatirələrini əziz tutmaq hər birimizin mənəvi borcudur. Vətəninin keşiyini sevə-sevə çəkən onun uğrunda canını verən Anar kimi qəhrəmanlarımızla fəxr edirik! 

Nur içində yatasan şəhid mayor qardaşım!

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
 

Yeganə Telmanqızı 
“XeberTıme.az”                                                                                                                                                                          

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ