SON DƏQİQƏ

Karate-do növü üzrə Ağstafa rayon açıq birinciliyi keçirildi

Tarix:22-07-2021, 10:46

Uşaq və yeniyətmələr arasında idmanın Karate do növü üzrə Ağstafa rayon açıq birinciliyi keçirilib.
Ağstafada yay aylarında məktəblilərin asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə keçirilən tədbirlər çərçivəsində uşaq arasında İdmanın Karate-do növü üzrə Ağstafa rayon açıq birinciliyi keçirilib. Ağstafa şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ağstafa rayon Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunan yarışda. Milli Karate Fedarasiyasının Qərb bölgəsindən olan nümayəndələri iştirakı edib. Gəncə şəhəri və Qazax və Ağstafa rayonundan olan karateçilər WKF qaydaları üzürə öz güclərini sınayıblar. Yarışda 7-13, yaşlı uşaqlar olmaqla ümumilikdə 45 nəfər karateçi şəxsi kumite yarışlarında mübarizə aparıblar. 1-ci, 2-ci, 3-cü yeri tutan idmançıları Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun, Ağstafa rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Milli Karate Fedarasiyasınının Gəncə regionu üzrə baş məşqiçisi Ziya Namazovun iştirakı ilə müvafiq medal və diplomlarla təltif olunublar.

 “XeberTıme.az”

                                                                                                                                                                         

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ