SON DƏQİQƏ

Əli Didarov- Bütün uğurlarımı şəhid və qazilərə həsr edirəm- FOTO\VİDEO

Tarix:31-07-2021, 00:34

Rinqdə hər zaman özümə güvənirəm ona görədə birinci yerin sahibi oluram.     
                                                                              

Xacmaz şəhərində balaça kikboksinqçimiz Əli Didarovun ailəsinin qonağı oldum. Kiçik idmançımız bütün uğurlarını şəhid və qazilərə həsr edir.



Balaça idmançımızı tanıyaq: 

Didarov Əli Tariyel oğlu 2010-cı il iyulun 4-də Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlmişdir. 2016-cı ildə Ağdam rayonu A.Abbasov adına Qaradağlı kənd tam orta məktəbinin  birinci sinifinə daxil olmuşdur.  Əlinin ailəsi işlə əlaqədar Mingəcevir şəhərinə köçür və kiçik Əlinin idmana olan böyük həvəsin görüb güləş idman növünə yazdırırlar. Əli 5 ay güləşlə məşğul olur. Ailə Xacmaz rayonuna köcür. Əlinin sevdiyi idman növü kikboksinq olduğu üçün 2020-ci ilin yanvar ayından Xacmaz şəhər “Azad” kikboksinq idman klubunda Beynəlxalq   turnirlərin qalibi,  Aərbaycan çempionu, kikboksinq, karate üzrə çempion, baş məşqiçi Ramin Nəcəfovun yanında məşqlərə başlayır. Ə.Didarov Xacmaz şəhər   akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyin 6-cı sinif şagirdidir. Dərslərini əla oxuyur və ən sevimli fənni riyaziyyatdır.  Xatırladaq ki, Əlinin atası mayor Tariyel Didarov Vətən müharibəsinin qazisidir.                                                                                        

Balaça çempion Əli Didarov- Rinqdə hər zaman özümə güvənirəm ona görədə birinci yerin sahibi oluram.

                                                                                                 
İdman mənim həyatımın bir hissəsidir. Hal-hazırda sevdiyim idman növü ilə məşğulam. Kikboksinq idman növünü ona görə çox sevirəm ki, burada əl-ayaq eyni zamanda işləyir. Gələcək yarışlarımda da həmişə özümə güvənərək rəqibimlə döyüşəcəm. Yarışa çıxanda bir fikirlə çıxıram rəqibim məndən güclü ola bilməz...Böyüyəndə həm idmançı, həm də atam kimi hərbiçi olacam, xalqıma, dövlətimə xidmət edəcəm. İkinci yarışa çıxanda atam Vətən müharibəsində yaralanmışdır. Özümə bir söz verdim ki, qalib olacam və bu qalibiyyətimi atama həsr edəcəm və sözümə də əməl etdim.    

                                          
“Azad” kikboksinq idman klubunun qonağı oldum. İdmançı şagirdlərlə, məşqiçi müəllimlərlə və buradakı məşq prosesləri ilə tanış oldum.


Əli Didarovun məşq prosesindən  çəkilən video roliki sizə təqdim edirik. 


                                                                                        

“Azad” kikboksinq idman klubunun baş məşqiçisi, Beynəlxalq  turnirlərin qalibi, Aərbaycan çempionu, kikboksinq, karate üzrə çempion Ramin Nəcəfov Əli haqqında fikirlərini bizimlə bölüşdü:     

                                                                                          
- Əli düzgün taktikalardan istifadə edir və çox ciddi məşqlər edir. İnşallah Əlinin qarşısında böyük bir gələcək var. Biz məşqçilərin borcuda odur ki, gələcəyin çempionlarını yetişdirək, bu idmançılar bizi dünya arenalarında təmsil etsin.                                                 
Yeganə xanım biz yarışlarımızı, uğurlarımızı şəhidlərimizə həsr edirik. Böyüməkdə olan nəsilə daima torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən oğul və qızlarımızı unutdurmamaqdır!                                            
Müəllifdən: Xacmaz şəhər “Azad” kikboksinq idman klubunda qonaq olarkən burada gələcəkdə böyük idmançıların məşq etdiklərinin şahidi oldum. Klubun baş məşqiçi Ramin Nəcəfov və Soltan Nəcəfov başda olmaqla klubda məşq edən bütün kiçik idmançı şagirdlərə “XeberTıme.az”  informasiya portalı adından bol-bol uğurlar arzulayırıq. İnşallah yetişdirdiyiniz idmançı şagirdlərin sədaları Dünya, Avropa, Olimpia arenalarından gəlsin. Qürurverici üç rəngli bayrağımızı dalğalandıraraq, himnimizi səsləndirsinlər.


İdmançılarımızla fəxr edirik! 

 Yeganə Telmanqızı 
 “XeberTıme.az”


                                                                                                                                                                         

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ