SON DƏQİQƏ

GÜCLÜ VƏ ZƏRİF

Tarix:9-09-2021, 14:40

Naxçıvan İdman məktəbinin yetirməsi, Karate Federasiyasının yığma komandasının üzvü, idmançı Fatimə BədəlovaNaxçıvan İdman məktəbinin yetirməsi, Karate Federasiyasının yığma komandasının üzvü Fatimə Bədəlova Naxçıvandan Azərbaycan Dövlət İdman və Bədən Tərbiyəsi Akademiyasına qəbul olan ilk karateçi qız idmançıdır.
Bu gün Respublikamızda gənc nəslin hərtərəfli inkişafı, sağlam həyat tərzinin formalaşdırılması, istedadlı gənclərin ortaya cıxarılması diqqət mərkəzində saxlanılır. İdman sahəsində həyata keçirilən tədbirlər, aparılan islahatlar təkcə oğlan idmançıları deyil, qızlarında idmana cəlb olunması üçün münbit şərait yaradır. Məhz onun nəticəsidir ki, bu gün Muxtar Respublikada bir sıra qız karate idman növü ilə məşğul olur. Respublika birinciliklərində, beynəlxalq turnirlərdə uğurlar qazanaraq bayrağımızı yüksəklərdə dalğalandırırlar. 
Güclü olduğu qədər zərif, zərif olduğu qədər güclü olan, Naxçıvan İdman məktəbinin yetirməsi, Karate Federasiyasının yığma komandasının üzvü Fatimə Bədəlova Azərbaycan Dövlət İdman və Bədən Tərbiyəsi Akademiyasının birinci kurs tələbəsi adını qazanan idmancılarımızdandır. 
Fatimə Rafael qızı Bədəlova 2004-cü il 23 noyabırda Moskva şəhərində anadan olub. Bir müddət Moskva şəhərində yaşayıblar sonra ailə Naxçıvana qayıdaraq orada məskunlaşıblar.
Fatimə uşaqlıqdan incəsənət sahəsinə maraq göstərsədə, sonradan idmana olan həvəsi digər istəklərini üstələyərək onu karate federasiyasına aprır. 2017-ci ildən Naxçıvan Karate məktəbinin yığma komandasına seçilir. Məşqlərə başladığı qısa müddət ərzində Muxtar Respublikada keşirilən açıq birinciliklərdə öz yaşıdları arasında dəfələrlə birinci yerin qalibi olur. Naxçıvan şəhərində keçirilən Beynəlxalq turnirlərdə uğurlu nəticələr əldə edərək müxtəlif əyyarlı medallarla, fəxri diplomlarla təltif edilir. 2020-ci ildə Bakıda keçirilən Beynəlxalq Arpaçay Open turnirində uğurla iştirak edir. Bir sözlə, Respublikada təşkil edilmiş karate turnirlərində müvəffəqiyyətlər qazanır. 50-dən artıq müxtəlif əyyarda medallar, diplom və fəxri fərmanlar qazanan idmançımız idman artıq  həyat tərzinə cevirib. Gündəlik rejimini idman üzərində quran gənc istedad məqsədinə çatmaq üçün böyük zəhmət və əzmkarlıq göstərməyin önəmlı olduğunu vurğuladı.
Hobbisi kitab oxumaq olan idmançımız vaxtın hər şeydən qiymətli olduğunu, onu necə və nə üçün istifadə etməyi diqqət mərkəzində saxlamağı qeyd edərək bildirdiki, karate idman növü olmaqla bərabər həmdə özünü müdafiə üsuludur. Karate ilə məşğul olunca, bu idman növünün dərinliklərinə vardıqca daha maraqlı, daha ətraflı biliklər əldə edirsən. Hər bir hərəkətin öz mənası, öz gücü var. O, gücü nə zaman, necə istifadə etmək isə insanda məntiq və səbr formalaşdırır.


Naxçıvan İdman məktəbinin yetirməsi, Karate Federasiyasının yığma komandasının üzvü Fatimə Bədəlova bizimlə həmsöhbət oldu:  

- Hər bir yarışda müxtəlif üslublarda döyüşlər olur. Hər döyüşdən sonra öz-özlüyümdə dəfələrlə müqaisələr edirəm. Müəllimimizlə geniş söhbətlər aparırıq. Təcrübə və nəticələrdən bəhrələnməyə çalışırıq. Hər bir uğurun başlanğıcında heçdə hər addım uğurlu və asan olmur. Böyük zəhmət, səbr tələb edən məşqlər, əzmkarlıq istəyən döyüşlərdə əldə etdiyin təcrübə hər zaman insanı motivasiya edir. Bir uğuru qazandıqdan sonra dahada böyük uğur qazanmağa həvəslənirsən. Bunun üçündə çalışmaq və daha çox əzmkar, qətiyyətli olmaq lazım gəlir. Mən karate ilə məşğul olmağa başlayanda bir məqsəd üçün çalışmağa başladım Azərbaycan Dövlət İdman və Bədən Tərbiyəsi Akademiyasına daxil olmaq və arzuladığım kürsülərdə Azərbaycan bayrağını dalğalandırmaq.
Bu gün bizim azadlığımız, rahat yaşamağımız üçün yüzlərlə Azərbaycan qəhrəmanı canından keçib. Onlar öz vəzifə borcunu yerinə yetirib, biz isə onlara layiq olmalı, hər birimiz öz növbəmizdə bayrağımızı yüksəklərə qaldırmaq üçün əlimizdən gələni etməliyik. Mən qazandığım uğuru, əldə etdiyim nəaliyyəti hər zaman şəhidlərimizə ithaf etməyi düşünürəm.
Fatimə həmçinin kinkboksinqlədə məşğul olur. Zamanını yüksək dəyərləndirməyə çalışan idmançımız bədənini möhkəmləndirmək, gücünü və təcrübəsini artırmaq üçün əlindən gələni edir. İdmanı həyat tərzinə cevirən Fatimə ali məktəbə qəbul olsada ilk günki kimi məşqlərinə davam edir. Məsuliyyətinin daha da artdığını söyləyir.


Fatimə xanım deyəsən idmannın kikboksinq növü ilə də məşğulsuz:  

- Bir uğuru, qələbəni, nəaliyyəti əldə etmək zəhmət çəkərək, təcrübə qazanaraq əldə olunursa onu saxlamaq, davam etdirmək isə daha çox əzmkarlıq, səbr, daim öz üzərində çalışmaq tələb edir. Buna görədə mən həyatımı, ömrümün bir gününü belə məşqsiz təsəvvür etmirəm. 
Fatimə ilə söhbətimiz zamanı o, bildirdiki, onu tutduğu yolda dahada həvəsləndirən valdeynlərinin dəstəyi olub. Məşqdə müəllimi Nərman müəllimin, evdə isə valdeynlərin məsləhətləri, böyük mənəvi dayaq olmaları onun yolunu dahada işıqlandırıb. Uşaqlıqda incəsənətə marağının olması, televiziya verilişlərində uşaqlar üşün idman rubrikasının aparıcısı olmasıda onun həyatında böyük rol oynayıb. Fatimə həmçinin Naxçıvan şəhərində fəaliyyət göstərən 3 saylı Uşaq Musiqi Məktəbinin Qanun sinfini bitirib.Naxçıvan  Dövlət Uşaq Teatırının ən fəal üzvlərindən olub. Rol aldığı tamaşalarada uğurlu çıxışlarına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri tərəfindən dəfələrlə mükafatlandırılıb. Gənc istedadımız incəsənət sahəsində uğurlar qazansada sonradan daha cox idman sahəsində qərarlaşıb. Öz görkəmi, vətənpərvərliyi, əzmkarlığı, zəhmətkeşliyi, qətiyyəti ilə məqsədinə doğru inamla addımlayan  Fatimə Bədəlova bu gün yoldaşlarına yaxşı bir nümunədir. 
Bizdə Fatiməyə bu uğur yolunda bol bol müvəffəqiyyətlər arzulayırıq. 
Bəli yaradılan şərait, cəkilən zəhmət gələcək üçün xoş vədlər verir. Bu gün yaradılmış əlverişli şəraitdən bəhrələnən gənclər sabahın bacarıqlı mütəxəsisi, xalqı, vətəni üçün daim şam yandırmağa çalışan bir vətəndaşı olacaqdır.                                

Müəlifdən: Bəli tarix yazan güclü və zərif qəhrəmanımız zamanla Dünya, Avropa Olimpia arenalarında Zəfər qazanan  Azərbaycanı tanıdaraq himnimizi səsləndirib, qürurverici üç rəngli bayrağımızı yüksəklərə qaldıracaq. Yolunuz açıq olsun Fatimə Bədəlova! 

Yeganə Telmanqızı 
 “XeberTıme.az”                                                                                                                                                                          

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ