SON DƏQİQƏ

Qazax rayonunda Zəfər Gününə həsr olunmuş yarış keçirildi- FOTO

Tarix:19-10-2021, 19:18

17 oktyabr 2021-ci il tarixində Qazax rayonunda Zəfər Gününə həsr olunmuş açıq birincilik keçirildi.                        Qazax rayon Gənclər və İdman İdarəsinin və ABU-LİFE idman klubunun birgə təşkilatcilıqı ilə uşaqlar və yeniyetmələr arasında Karate-Do dman növü üzrə keçirilən açıq turnir ilə 8 noyabr Zəfər Gününə həsr olunmuşdur.                                                                      

Hərbi ekspert Mirzahid Hacıyev böyüməkdə olan gənclər haqqında fikirlərini bizimlə bölüşdü:                                                                                 

- Vətənpərvər gənclər vətənimizin parlaq gələcəyinin təminatçısıdır. Azərbaycan xalqı qəhrəman xalqdır və  bu xalq hər zaman öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetirib. Bu cür tədbirlərin həyata kecirilməsi cəmiyyətdə aktual olan vətənpərvərlik movzusunda gənc nəslin Vətənə, dovlətə, millətə sevgisini artırır və nümunəvi vətəndaş kimi formalaşmasında boyük rol oynayır. Yaşasın Azərbaycan!

Yeganə Telmanqızı
  “XeberTıme.az”
 


 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ