SON DƏQİQƏ

Aqstafada şəhidlərin əziz xatirəsinə həsr edilmiş Aqstafa birinciliyi keçirilmişdir- FOTO

Tarix:25-10-2021, 23:50

Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman oğullarımız hər zaman ehtiramla yad olunur!                                                                     24 Oktyabr 2021-ci il tarixində Vətən müharibəsi şəhidləri Əfqan Səfərovun və Elcin Mustafazadənin əziz xatirəsinə həsr edilmiş, MMA doyüş idman növü üzrə açıq Aqstafa birinciliyi keçirilmişdir. Şəhər rəsmiləri və idmançılar əvvəlcə Şəhidlər Xiyabanında şəhidlərin məzarları ziyarət edərək onların məzarlarına tər çiçəklər qoydular və ruhlarına dualar oxundu. Allahdan şəhidlərimizə rəhmət, ailələrinə səbr dilədilər.                                      
 Açıq birincilik Ağstafa şəhər Ş. Şükürova adına 3 saylı tam orta məktəbin idman zalında  davam etdirildi. Torpaqlarımızın azad olunmasında şəhidlik zirvəsinə ucalan şəhidlər bir dəqiqəlik sükütla yad edildi və Azərbaycanın Dövlət Himni səsləndirildi. Turnirə dəvət olunan qonaqlar şəhidlərin keçdiyi şərəfli döyüş yolundan söhbət açaraq, onların əziz xatirəsinin daim Azərbaycan xalqının qəlbində yaşayacağını dedilər.       

Sonda I-II-III yerin qalibləri medal və fəxri fərmanla təltif olunmuşdu. 

Yeganə Telmanqızı
  “XeberTıme.az”
 




  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ