SON DƏQİQƏ

QƏHRƏMAN ŞƏHİDMİZİN XATİRƏSİNƏ KARATE TURNİRİ- FOTO

Tarix:5-11-2021, 10:24

44 günlük Vətən müharibəsi şəhidi Qismət Həməşəyevin 3 noyabr doğum günündə xatirəsinə həsr olunmuş karate-do turniri keçirilib. 
Öncə turnir iştirakçıları Xanlıqlar kənd qəbrstanlığında şəhidin ailə üzvüləri və Access bankdan olan iş yoldaşları ilə birlikdə məzarını ziyarət etmiş və məzarı üstünə gül dəstələri qoyublar.
 
Turnirdə Abu-life İdman Kulubunun karateçiləri ilə yanaşı, Ağstafa rayon komandasıda olmaqla 50-yə yaxın yeniyetmə idmançı turnirin qalib adı uğrunda mübarizə aparıb.
Turnirin qaliblərinə "Abu-life İK"nun təsis etdiyi üzərində şəhidmizin şəkli olan Diplom və Medalı Şəhidin ailə üzvləri və Access bankdan olan iş yoldaşları təqdim edib. 
Sonda şəhidin qardaşı Mahmud Həməşəyev çıxış edərək, təşkilatçılara öz minnətdarlığını bildirib. 
"Access Bank”ın Qazax filialında əməliyyatçı kassir vəzifəsində çalışan şəhid Qismət Həməşəyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə”, "Vətən uğrunda" və "Füzulinın azad olunmasına görə" medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!

 “XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ