SON DƏQİQƏ

“Neftçi”nin gücü autsayderə çatdı, “Sabah” seriyanı davam etdirdi - YENİLƏNİB

Tarix:28-11-2021, 01:13

Dünən Azərbaycan Premyer Liqasında XII tura start verilib.
XeberTıme.az apasport.az-a istinadən bildirir ki, ilk oyun günündə iki matç keçirilib.
Günə "Bank Respublika Arena"da start verilib. Turnir cədvəlinin ikinci yarısında qərarlaşan komandaların duelində "Sabah" "Keşlə"ni qəbul edib. Məşqçi dəyişikliyindən sonra oyununda irəliləyiş olan meydan sahibləri uğurlu seriyasını davam etdirib. "Sabah" erkən qollar sayəsində aktivinə 3 xalı yazdırıb. "Keşlə"nin isə gücü ikinci hissədə fərqi minimuma endirməyə çatıb. Bununla "Sabah" Premyer Liqada məğlubiyyətsiz oyunlar seriyasını 5-ə yüksəldib. Komanda Murad Musayevin rəhbərliyi altında keçirdiyi 3-cü matçında isə 2-ci qələbəsini qazanıb. 
Son çempion "Neftçi" "Səbail"in qonaq edib. Son 3 turda məğlubiyyətləri sıralayan "ağ-qaralar" uğursuz seriyaya meydana baş məşqçisiz çıxan autsayder önündə son qoyub. 20 yaşlı yarımmüdafiəçi Vüsal Əsgərovun yeganə qolu sayəsində qələbə qazanan Samir Abasovun kollektivi ən azı bir günlük "Zirə"ni geridə qoyaraq, turnir cədvəlində 3-cü pilləyə yüksəlib.
Qeyd edək ki, sabah keçiriləcək "Sumqayıt" - "Zirə" görüşü ilə davam etdiriləcək tura noyabrın 29-da baş tutacaq "Qəbələ" - "Qarabağ" oyunu ilə yekun vurulacaq.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ