SON DƏQİQƏ

Peyntbol üzrə rayon birinciliyi- FOTOLAR

Tarix:17-12-2021, 13:14

“Qarabağ Azərbaycandır” devizi altında peyntbol üzrə orta ümumtəhsil məktəbləri arasında rayon birinciliyi keçirilib.
XeberTıme.az xəbər verir ki,  11.12.2021-ci il tarixində Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq Ağstafa rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi məqsədi ilə “QARABAĞ AZƏRBAYCANDIR” devizi altında peyntbol üzrə orta ümum təhsil məktəbləri arasında rayon birinciliyi keçirilib.
Yekun nəticəyə görə Şəhər 2 saylı tam orta məktəbin komandası 1-ci yerə Qırılı kənd tam orta məktəbn komandası 2-ci yerə,
Qıraq Kəsəmən kənd tam orta məktəbin və Poylu kənd tam orta məktəbin komandaları 3-cü yerlərə laiq görülüb. 
Qalib komandalar Diplom və Kubokları ilə təltif olunub. 

“XeberTıme.az”   

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ