SON DƏQİQƏ

“Ağstafa” futbol klubunun üzvləri ilə görüş- FOTO

Tarix:27-12-2021, 23:27

YAP Agstafa rayon təşkilatında Ağstafa rayon Gənclər və idman idarəsinin təşkilatçılığı ilə "31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü" ilə əlaqədar olaraq rayonda yeni yaranmış "Ağstafa" futbol klubunun komanda heyyəti ilə görüş keçirilmişdir. Görüşdə ilk olaraq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə Agstafa rayon Gənclər və idman idarəsinin rəisi Əziz Məsmalıyev açaraq rayonda bədən tərbiyəsi və idmanın kütləviliyinin təmini ,eləcə də ayrı -ayrı idman növlərinin inkişaf etdirilməsi sahəsində görülmüş işlər, gələcəkdə həyata keçiriləcək təxirəsalınmaz tədbirlər haqqında ətraflı məlumat verdi. Görüşdə Agstafa rayon İcra Hakimiyyətinin şöbə müdiri Qaib Hadıyev , Qarabağ Əlilərinə Qayğı ictimai birliyinin sədri Çeyhun Əliyev , Əfqanistan Veteranları İctimayi Birliyinin Agstafa rayon filialının sədri Mirzahid Hacıyev çıxış edərək təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin bu gün də uğurla davam davam etdirildiyini , beynəlxalq səviyyəli idman yarışlarinda əldə olunan nailiyyətləri diqqətə çatdırdılar. Tədbirdə "Ağstafa" futbol klubunun məşqçisi Rəşad Axundov çıxış edərək bildirdi ki , yeni fəaliyyətə başlayan klubun bəzi problemlərinin olmasına baxmayaraq qrup oyunlarında əzmlə mübarizə aparmışdır. Rəşad Axundov bu görüşün təşkil olunmasına görə komanda üzvləri adından öz minnətdarlığını bildirdi. Tədbirdə "Ağstafa" futbol klubunun üzvləri Ağstafa rayon Gənclər və idman idarəsinin fəxri fərmanı və hədiyyələri ilə təltif olundular.
 

“XeberTıme.az” 






  
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ