SON DƏQİQƏ

“Qarabağ” 9-cu dəfə çempion oldu

Tarix:3-05-2022, 22:19

Bu gün Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün final oyunu keçirilib. 
XeberTıme.az  xəbər verir ki, həlledici görüşdə "Qarabağ" klubu öz meydanında "Sabah" komandasını qəbul edib.
 
Ağdam komandası matçda 1:1 hesablı heç-heçə edərək, sona 3 tur qalmış 9-cu çempionluğunu rəsmiləşdirib.
 
Bu nəticədən sonra xallarının sayını 59-a çatdıran "Qarabağ" ən yaxın izləyicisi "Neftçi"ni 12 xal qabaqlayıb. Qurban Qurbanovun baş məşqçi olduğu kollektivin ehtiyatda daha bir oyunu var. "Sabah" isə 36 xalla 4-cü pillədəki mövqeyini qoruyub.

“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ