SON DƏQİQƏ

Şəhid Xaləddin Cəlilovun əziz xatirəsinə kikboksinq üzrə rayon birinciliyi keçirildi- FOTOLAR

Tarix:30-05-2022, 22:50

Şəhid Cəlilov Xaləddin Asəf oğlunun əziz xatirəsinə kikboksinq idman növü üzrə rayon birinciliyi keçirildi.                               29 may 2022- çi il tarixdə Agstafa rayon Gənclər və idman idarəsinin təşkilatçılığı ilə Respublika və beynəlxalq yarışların qalibi şəhid idmançı Xaləddin Cəlilovun xatirəsinə kikboksinq üzrə rayon birinciliyi keçirilib. Ə.Hüseynov adına şəhər 1 saylı tam orta məktəbin idman zalında birinciliyin təntənəli açılış mərasimi keçirilmişdir. Açılış mərasimində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Rəsmi açılış mərasimində Agstafa rayon İcra hakimiyyətinin , YAP Ağstafa rayon təşkilatının, Əfqanıstan Veteranları İctimayi Birliyinin Ağstafa filialının məsul şəxsləri , şəhid ailələri veteran qazilər iştirak etmişdi. Tədbirdə Xaləddin Cəlilovun həyat və döyüş yolu haqqında yeniyetmə idmançılara ətraflı məlumat verildi.
Sonra idmançıların gərgin mübarizəsi ilə davam edən yarışın qalibləri müəyyən olunaraq Ağstafa rayon Gənclər və idman idarəsinin diplom və medalları ilə təltif olundular.
Xatırladırıq ki , şəhid idmançı Xaləddin Cəlilov 2002-ci il aprelin 13-də Ağstafa rayonunun Yenigün kəndində anadan olub. 2008-2016-cı illərdə E. Mustafayev adına Yenigün kənd tam orta məktəbində, 2016-2019-cu illərdə isə Ağstafa şəhərində A. Abdullayev adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. 
Azərbaycan Ordusunun əsgəri olan Xaləddin Cəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Xaləddin Cəlilov sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. 
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarina əsasən Xaləddin Cəlilov ölümündən sonra orden və medallarla təltif edilib.
 
Mirzahid Hacıyev                                                                         
Hərbi ekspert




 
  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ