SON DƏQİQƏ

“Gələcəyimiz naminə, narkomaniyaya yox deyək!” devizi altında Qol güləşi üzrə açıq turnir

Tarix:27-06-2022, 08:48

22 iyun 2022-ci il tarixində Nizami rayonunda Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının və Qol Güləşi Federasiyasının birgə təşkilatçılığı ilə “Gələcəyimiz naminə, narkomaniyaya yox deyək!” devizi altında Qol güləşi üzrə açıq turnir keçirilib. Yarışda YAP-nın bir sıra rəsmi nümayəndələri, idmançılar qonaq qismində dəvət olunub. Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti, WAF-ın müşaviri Cəsarət Əhmədov qonaqları və idmançıları salamlayıb, bu cür yarışların mütamadə keçirilməsinin əhəmiyyətindən danışıb, yarışda iştirak edən bütün idmançılara uğurlar arzulayıb. Sonda qaliblərə fəxri diplom və medallar təqdim olunub. 
Yeganə Telmanqızı               
“XeberTıme.az”
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ