SON DƏQİQƏ

Ağstafada "26 iyun Silahlı Qüvvələr Günü"nə həsr olunmuş açıq birincik keçirilib- FOTO

Tarix:27-06-2022, 09:22

Ağstafada yay aylarında uşaqlar və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili üçün Ağstafa rayon Gənclər və İdman İdarəsi tərəfindən müxtəlif idman yarışları təşkil olunur. Növbəti belə tədbir Ağstafa şəhər Heydər Əliyev adına mədəniyyət və istirahət parkında baş tutub.Açıq hava şəraitində karate idman növü üzrə 6-7,  8-9, 10-11, 12-13 yaşlı uşaqlar arasında keçirlən Ağstafa açıq birinciliyidi bu dəfə "26 iyun Silahlı Qüvvələr Günü"nə həsr olunub.  
Yarışda Ağstafa idmançıları ilə yanaşı Qazax rayon Abu-life İdman-Klubu karateçilərdə daxil olmaqla ümumilikdə 4 yaş qurupu üzrə 12 çəki dərəcəsində 60 nəfər idmançı iştirak edib.                                            

Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən yarış parkda istirahət edən sakinlərin də böyük marağına səbəb olub.                
Yarışın yekununda I, II, III yerə cıxan qaliblər Ağstafa rayon Gənclər və İdman İdarəsinin təsis etdiyi müvafiq medal və diplomlar ilə təltif olunublar.

“XeberTıme.az” 

                  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ