SON DƏQİQƏ

Qol güləşi idman növü üzrə XIII Ölkə çempionatı keçirildi- FOTOLAR

Tarix:27-07-2022, 00:15

23-24 iyul 2022-ci il tarixlərində paytaxtın Sabunçu rayonunda yerləşən Bakı Gənclər Mərkəzində Azərbaycan Qol Güləşi Federasiyasının təşkilatçılığı ilə Qol güləşi idman növü üzrə XIII Ölkə çempionatı keçirildi. 
Yarışda Bakı şəhərini və ölkənin bütün digər rayon və şəhərlərini təmsil edən iki yüzə yaxın idmançı iştirak etdilər. Həmçinin ilk dəfə olaraq Ölkə çempionatına Naxçıvan Muxtar Respublikasının təmsilçiləri də qatıldılar. Qol Güləşi Federasiyasının keçirdiyi bu Ölkə çempionatı ən yüksək beynəlxalq standartlara cavab verən səviyyədə təşkil olunmuşdu.
Çempionatın açılış mərasimində ilk olaraq Azərbaycan Respublikasının himni səsləndirildi. Bundan sonra tədbir iştirakçıları Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Dünya Armrestlinq Federasiyası prezidentinin müşaviri, Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədovun qərarı ilə ilk dəfə olaraq Ölkə çempionatında ayrı-ayrılıqda həm sol, həm də sağ qolda birinci yeri tutan hər idmançıya 200 manat pul mükafatı və çempionluq adını qazanan hər idmançının məşqçisinə də 50 manat məbləğində mükafat verildi. Qeyd edək ki, bu məbləği eləcə də yarışın keçirilməsi ilə bağlı bütün digər xərcləri Cəsarət Əhmədov öz şəxsi vəsaitləri hesabına ödəmişdir.
Açılış mərasimində çıxış edən Federasiya prezidenti bütün yarış iştirakçılarını salamladı. Öz çıxışında Cəsarət Əhmədov bir daha hakimlərə ədalətli qərarlar verməyi tapşırdı və çempionatın yüksək səviyyədə keçirilməsi ilə bağlı tövsiyyələrini verdi. Hər zaman olduğu kimi, AQGF prezidenti “Biz birlikdə güclü Azərbaycanıq!” şüarını səsləndirərək, bütün idmançıları birliyə, həmrəyliyə səslədi.
Çempionat başa çatdıqdan sonra Cəsarət Əhmədov bir daha idmançılara müraciət edərək ürək sözlərini dedi: “Əlbəttə ki, mən ilk növbədə bütün qalibləri təbrik edirəm. Lakin düşünürəm ki, bu gün bura toplaşanlar arasında məğlub yoxdur. Mən çox sevinirəm ki, bu gün qol güləşi Azərbaycanda bütün bölgələrdə sürətlə inkişaf edir. İdmançılarımızın hazırlıq səviyyəsi getdikcə artır. İnanıram ki, qarşıda gələn dünya çempionatında da bizi yüksək nəticələr gözləyir. Ən əsası isə budur ki, bizim birliyimiz getdikcə daha da möhkəmlənir, Allaha bağlılığımız daha da güclənir. Nə qədər ki, biz birlikdəyik, bizi yalnız uğurlar və yüksək nailiyyətlər gözləyir. Siz hamınız, bütün idmançılar mənim dəyərli dostlarımsız və mən sizin hamınızı öpürəm, bağrıma basıram.”
Sonda AQGF prezidenti bütün idmançılara, məşqçilərə, federasiyanın nümayəndələrinə və çempionatın gedişində obyektiv olduqlarına və yalnız ədalətli qərarlar verdiklərinə görə hakimlər heyətinə öz təşəkkürünü bildirdi.
Nəticələr:
Sağ qol üzrə 
55 KQ
 
I Səbuhi Əliyev 
II Əhməd Mahmudov 
III İbrahim Cəlilov 
 
60 KQ
 
I Elsevər Qürbətov 
II Əli Məmmədov 
III Vilayət Namazzadə 
 
65 KQ
 
I Said Mustafazadə 
II Kamran Aydəmirov 
III Toğrul Xəlilov 
 
70 KQ

I İskəndər Mustafayev 
II Mustafayev İsmayıl 
III Orxan İsayev 
 
75 KQ
 
I Ramiq Şinqarov 
II Nurlan Quliyev 
III Rəşad Quluzadə 
 
80 KQ
 
I Nemət Vəkilov 
II Rac Göyüşov 
III İbad Novruzov
 
85 KQ
 
I Ramazan Rüstəmov 
II Fərid Pirvələdov 
III Əbülfəz Qafarov 
 
90 KQ

I Ayxan Hacıyev
II Röyal Orucov
III Emin Rəhimov
 
100 KQ
 
I Rəşad İsrafilov 
II Rafiq Ağababayev 
III Sahib Bağırov
 
110 KQ
 
I Zöhrab Məhsimov 
II Rüfət Devricov 
III Ağafərid Ağayev 
 
+110 KQ
 
I Tərxan Müzəffərov 
II Ruslan Sarıyev 
III Elşən İsmayılov 
 
Sol qol üzrə                                                                        

55 KQ
 
 
I Marat Kərimov 
II Səbuhi Əliyev 
III Özal Mustafayev 
 
60 KQ
 
I Əli Məmmədov 
II Elsevər Qürbətov 
III İlkin İsrafilov 
 
65 KQ
 
I Said Mustafazadə 
II Toğrul Xəlilov 
III Rəşad Kəsəməlli 
 
70 KQ
 
I İsmayıl Mustafayev 
II Orxan İsayev 
III Elbrus İbrahimxəlilov 

75 KQ
 
I Rəşad Quluzadə 
II Nurlan Quliyev 
III Səttar Səfxanov 
 
80 KQ
 
I Nemət Vəkilov 
II Ramil Kərimov 
III Şövkət Paşəliyev 
 
85 KQ
 
I Ramazan Rüstəmov 
II Fərid Pirvələdov 
III Nadir Hüseynov 
 
90 KQ
 
I Emin Rəhimov 
II Razim Məmmədov 
III Ayxan Hacıyev 
 
100 KQ
 
I Rəşad İsrafilov 
II Sunay Osmanov 
III Yaqub Teymurov 
 
110 KQ
 
I Zöhrab Məhsimov 
II Rüfət Devricov 
III Ağafərid Ağayev 
 
+110 KQ
 
I Tərxan Müzəffərov 
II Ruslan Sarıyev 
III Elşən İsmayılov


Bizdə “XeberTıme.az” analitik informasiya portalı olaraq AQGF-nın qalib idmançıları təbrik edirik, gələcək fəaliyyətlərində bol-bol uğurlar arzulayırıq.  

“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ