SON DƏQİQƏ

Bakıda fiziki imkanları məhdud həvəskar idmançılar arasında Qol güləşi üzrə yarış keçirilib- FOTO

Tarix:1-12-2022, 22:14

26 noyabr 2022-ci iltarixində, paytaxtın Sabunçu rayonunda yerləşən Əlilliyi olan şəxslərin peşə və əmək reabilitasiya mərkəzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Azərbaycan Qol Güləşi Federasiyasının (AQGF) birgə təşkilatçılığı ilə fiziki imkanları məhdud həvəskar idmançılar arasında Qol güləşi üzrə turnir keçirilib. Yarışı AQGF prezidenti Cəsarət Əhmədov tərəfindən təyin edilmiş hakimlər - əlillərdən ibarət yığma komandanın baş məşqçisi, beynəlxalq dərəcəli hakim Kamran Qurbanov və uşaqlardan ibarət yığma komandanın baş məşqçisi Elşən İsmayılov idarə ediblər. Yarışdan əvvəl Kamran Qurbanov çıxış edərək Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədovun salamlarını və ən xoş arzularını bütün iştirakçılara çatdırıb və hər kəsi dekabr ayında keçiriləcək Qol güləşi üzrə Ökə Kuboku yarışında iştirak etməyə dəvət edib. Daha sonra K.Qurbanov yarışın keçirilməsi qaydalarına dair tövsiyyələrini verib və bu yarışın iştirakçıları arasından gələcəkdə ölkəmizi dünya və Avropa çempionatlarında da uğurla təmsil edəcək idmançıların çıxacağına ümid etdiyini bildirib.
Azərbaycan Qol Güləşi Federasiyası





FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ