SON DƏQİQƏ

“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” devizi altında Qol güləşi üzrə ümumrespublika turniri keçirib- FOTO\VİDEO

Tarix:6-05-2023, 19:16

Ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Azərbaycan Qol Güləşi Federasiyası aprel ayının 29-u və 30-da paytaxtın Bakıxanov qəsəbəsində yerləşən Bakı Gənclər Evində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” devizi altında Qol güləşi üzrə ümumrespublika turniri keçirib.Yarışdan öncə turnir iştirakçıları səhər saatlarında böyük bir heyətlə Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər. Məzarın üstünə Azərbaycan Qol Güləşi Federasiyasından əklil qoyulub. Federasiya prezidenti Cəsarət Əhmədov Fatihə surəsini oxuyub,  Ulu Öndərin ruhuna dualar edilib. Bundan sonra tədbir iştirakçıları görkəmli akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər. Məzarın üstünə gül dəstəsi qoyulub, dualar edilib.
Turnirin açılış mərasimində Ümummilli Liderimizin Azərbaycan idmanının inkişafında olan müstəsna xidmətlərindən bəhs edən, Azərbaycan Qol Güləşi Federasiyası tərəfindən hazırlanmış xüsusi videosüjet nümayiş etdirilib.
Bizim yolumuz Allahın buyurduğu yoldur, bizim yolumuz haqq yoludur, bizim yolumuz Ulu Öndərimizin yoludur!
 
Cəsarət Əhmədov.
AQGF prezidenti,
WAF prezidentinin müşaviri 




 

 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ