SON DƏQİQƏ

"Qarabağ" 10-cu dəfə çempion oldu

Tarix:13-05-2023, 23:41

Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün çempionu məlum olub. 
XeberTıme.az xəbər verir ki, "Qarabağ" 31-ci çempionatın qalibi adına yiyələnib.
 
Klub XXXIV turda “Səbail”ə səfərdə 3:0 hesabı ilə qalib gəlib və qızıl medalları rəsmiləşdirib. 
 
Xallarının sayını 87-yə yüksəldən “Qarabağ” sona iki tur qalmış ən yaxın izləyicisi “Sabah” (77 xal) üçün əlçatmaz olub.
 
Beləliklə, “Qarabağ” tarixində 10-cu dəfə Azərbaycan çempionu olub və yeni rekorda imza atıb. Buna qədər rekord 9 çempionluqla “Neftçi”yə məxsus olub.
 
Qeyd edək ki, XXXIV turun bundan əvvəlki oyunlarında “Zirə” ilə “Kəpəz” 1:1 hesablı heç-heçə ediblər, “Turan Tovuz” səfərdə “Qəbələ”yə 2:1 hesabı ilə qalib gəlib. Mayın 14-də “Neftçi” – “Şamaxı”, 17-də isə “Sumqayıt” - “Sabah” görüşləri olacaq.

 “XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ