SON DƏQİQƏ

İdmançımız dünya çempionatında finala yüksəldi

Tarix:3-08-2023, 13:43

Azərbaycan para-üzgüçüsü Vəli İsrafilov İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında finala yüksəlib.
XeberTıme.az  xəbər verir ki, o, 100 metr məsafəyə brass üzrə üzməkdə 1:12.34 nəticə göstərib.
Final yarışı bu gün Bakı vaxtı ilə saat 21:06-da başlayacaq.
Qeyd edək ki, Azərbaycanın digər para-üzgüçüsü Raman Saley dünya çempionatında üç medal qazanıb. İdmançı 100 metr məsafəyə arxası üstündə üzməkdə ikinci, eyni məsafədə batterflay üsulu və 50 metr məsafəyə sərbəst üzməkdə üçüncü yeri tutub. 

XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ