SON DƏQİQƏ

Cəsarət Əhmədov- Dünya çempionatında idmançılarımızın bu günə olan nəticələrinə dair açıqlama verdi

Tarix:30-08-2023, 01:12

Dünən Qazaxıstanın Almatı şəhərində keçirilən 44-cü dünya çempionatında uşaqlar, yeniyetmələr və gənclər arasında yarışlar başa çatdı. Bu kateqoriyada dörd idmançı ilə təmsil olunan Azərbaycan yığma komandası yüksək nəticə göstərərək 7 medala sahib olmuşdur. İdmançılarımızın nəticələri belədir:İbrahim Cəliov (45 kq) 2 qızıl;
İsmayıl Mustafayev (65 kq) 1 gümüş (sağ qolda), 1 bürünc (sol qolda);
Tərxan Müzəfərov (+90 kq) 1 gümüş (sol qolda), 1 bürünc (sağ qolda);
Rüfət Mustafayev (50 kq) 1 bürünc (sol qolda).
Beləliklə, çempionatın 5-ci gününə yığma komandamızın aktivində artıq 2 qızıl, 2 gümüş və 3 bürünc medal var. Dünya çempionatında yüksək nəticə göstərmiş idmançılarımızı ürəkdən təbrik edirəm. Xatırladım ki, növbəti günlərdə daha iki idmançımız böyüklər kateqoriyasında və paraarmrestlinq üzrə yarışlara qatılacaqlar. Əlbəttə ki, bu idmançılarımızdan da yüksək nəticələr gözləyirik və onlara uğurlar diləyirik.
Federasiya rəhbəri olaraq inanıram ki, idmançılarımız bundan sonra daha böyük əzmkarlıqla çalışaraq, növbəti çempionatlarda daha yüksək nəticələr əldə edəcəklər, inşaallah. Mən də öz növbəmdə hər zaman bütün imkanlarımla dövlətimizn, xalqımızın və idmançılarımızın yanındayam.
Federasiyamızın qazandığı bütün bu uğurlar xalqımızın, dövlətimizin uğurlarıdır.
Bütün idmançılarımızı öpürəm, bağrıma basıram, bir daha hər kəsə uğurlar diləyirəm.
 
Hörmətlə: Cəsarət Əhmədov 


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ