SON DƏQİQƏ

İgid sərkərdə Raqub Orucovun xatirəsinə həsr olunmuş Beynəlxalq Cüdo yarışı- FOTOLAR

Tarix:16-11-2023, 23:40

Noyabrın 15- 16- da  Gənclər və İdman Nazirliyi və Cüdo federasiyasının birgə təşkilatçılığı ilə hərbi hissə komandiri  Şəhid- döyüşçü   qəhrəman,  polkovnik - leytenant Raqub Orucovun əzi  xatirəsinə həsr olunmuş Beynəlxalq Cüdo  yarışı keçirildi.
Dövlət himnimiz səsləndirildikdən sonra, vətənimizin azadlığı və ərazi bütövlüyümüz   üğrunda şəhid olmuş cəmi soydaşlarımızın xatirəsi  bir dəqiqəlik  sükutla yad edildi.
Azərbaycan Respublikası Milli Məclisin sədr müavini Adil Əliyev şəhid ailələrinə göstərilən dövlət qayğısından danışdı və vurğuladı ki biz hər birimiz şəhidlərimizə borcluyuq.
Müzəffər Ali Baş komandanımızın bu günlərdə Xankəndidə hərbi parat keçirməsi bir daha sübut etdi ki, biz ərazi bütövlüyümüzü tam bərpa etmişik.Zəfər qələbəmizin qazanılmasında canını fəda etmiş şəhidlərimizə, əzablarını itirmiş qazilərimizə , milli ordumuzun əsgər və zabitlərinə  borcluyuq.
Şəhid Raqub Orucovun  qardaşı  Zabit Orucov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə müzəffər Ali Baş komandanımız başda olmaqla xalqımıza təşəkkür etdi.Şəhid qardaşı xüsusilə vurğuladı ki, Azərbaycan və qardaş Türkiyə qədər şəhid ailələrinə diqqət  göstərilən ikinci bir dövlət tanımıram.
Respublikanın əməkdar artisti vokalist Təyyar İsmayılzadənin canlı ifa etdiyi "Azərbaycan " mahnısı alqışlarla qarşılandı.
Cüdo federasiyasının prezidenti Azər müəllim yarışı açıq elan etdi.
Cüdoçular tati üzərində öz güclərini sınadılar.
Raqub Orucov kuboku uğrunda iki gün  davam edən  yarışlarda qaliblər qızıl , gümüş və bürünc medallara layiq görüldü.
Birinci vətən müharibəsi veteranı, Eldar Bağırov adına 845 saylı hərnibhissənin bölük komandiri olmuş Vaqif İlyasoğlu döyüş dostu Raqub Orucovun cəsurluğundan,  əsgərlərə öz balası kimi qayğı göstərməsindən danışdı.
Fürsətdən istifadə edib
 " Asimana ucalan şəhidlər"  kitabımı şəhid qəhrəmanımız Raqub Orucovun ömür-  gün yoldaşına hədiyyə etdim .
İllər, qərinələr keçəcək igid komandir Raqub Orucovun əziz xatirəsi heç zaman unudulmayacaq və  qəlbimizdə əbədi yaşayacaqdır.

Rauf İLYASOĞLU 


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ