SON DƏQİQƏ

AQGF-nin növbəti çempionatı keçirilib- FOTO\VİDEO

Tarix:25-04-2024, 21:46

Cəsarət Əhmədov: “İnsan var ki, cəmiyyətin adamı olur, insan var ki, dövlətin adamı olur, insan var ki, Allahın adamı olur” 
Azərbaycan Qol Güləşi Federasiyası (AQGF) 20-21 aprel 2024-cü il tarixlərində Qol güləşi üzrə növbəti, 15-ci ölkə çempionatını keçirib. Tədbirdə Dünya Armrestlinq Federasiyasının prezidentinin müşaviri, AQGF prezidenti Cəsarət Əhmədov çıxış edib. Ölkə çempionatında respublikanın bütün şəhər, rayon və bölgələrini təmsil edən 250-yə yaxın qol güləşçisi öz güclərini sınayıblar. İki gün davam edən gərgin mübarizə nəticəsində qaliblər müəyyən edilib. Federasiya prezidenti tərəfindən qaliblərə diplom və medallar təqdm olunub. Həmçinin Cəsarət Əhmədov 1-ci yeri tutan idmançıları hər qola görə 100 manat məbləğində pul mükafatı, 2-ci və 3-cü yerlərə çıxan idmançıları isə Almaniyanın “İronmaxx” idman qida əlavələri ilə mükafatlandırıb. 



Sizlərə sayıtımız vasitəsi ilə AQGF-nin ölkə çempionatından çəkilən video çarxını təqdim edirik.   

  

XeberTıme.az

 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ