SON DƏQİQƏ

Kənan Quliyev- Sağlam gənclik, sağlam gələcəkdir!

Tarix:29-04-2024, 23:53

Yaxın günlərdə keçirilən Sərbəst və yunan-Roma güləşi üzrə U-17 Azərbaycan çempionatında Sumqayıt güləşçiləri Azərbaycan çempionları Hacıhüseyn Əhmədzadə (48 kq) və Hüseyn Hüseynov (55 kq) qələbə təəssüratlarını sosial şəbəkələrdə bölüşdü. Bu gün Sumqayıt şəhər Aluminium İdman zalında Sərbəst güləş üzrə U-17 Azərbaycan çempionatında uğur qazanan 2 güləşçimizin məşq zalının qonağı oldum. Çempionlarımızın məşqiçi müəllimləri yeniyetmələrin ilk Sinqapur yay olimpiya oyunlarının gümüş mukafatçısı, Sumqayıt şəhər Aluminium İdman zalının müdiri Kənan Quliyev və Samit Əhmədov xoş təəssüratlarını bizimlə bölüşdü:                                         

- Gənclər və İdman Nazirliyi Abşeron-Xızı Regional Gənclər və İdman idarəsinin nəzdində fəaliyyət göstərən ixtisaslaşdırılmış olimpia etiyatları işaq gənclər-idman məktəbinin (İOEUYİM) Aluminium İdman zalında bu günə qədər sayı-hesabı olmayan çempionlar yetişib. Olimpia, Avropa, Dünya arenalarında öz sözlərini deyən güləşçilərimiz bu gün qonağı olduğunuz bu zalda məşqlər keçib, burada yetişiblər. Azərbaycan birincisi Hacıhüseyn Əhmədzadə (48 kq) və Azərbaycan üçüncüsü Hüseyn Hüseynov (55 kq) İnşallah Avropa, Olimpia çempionlarına qədər yüksələcəklər. Bu zalda 300-ə qədər güləşçi idman şagirdlərimiz məşq keçir və onların arasında uğurlu idmançılar çoxdur. Nə qədər gücümüz çatırsa bütün bacarığımızla bu idmançıları özgüvənli,  potensiallı və ən əsasıda sağlam yetişdiririk. Sağlam gənclik, sağlam gələcəkdir!

İdmançılarımızla fəxr edirik! 
 

Yeganə Telmanqızı                                   
XeberTıme.az 




 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ