SON DƏQİQƏ

Azərbaycan Milli yığma komandası Qol güləşi üzrə 33-cü Avropa çempionatında iştirak edəcək

Tarix:5-05-2024, 02:32

Dünya Armrestlinq Federasiyasının (WAF) prezidentinin müşaviri, Azərbaycan Qol Güləşi Federasiyasının (AQGF) prezidenti Cəsarət Əhmədovun rəhbərliyi ilə Azərbaycan Milli yığma komandası Qol güləşi üzrə 33-cü Avropa çempionatında iştirak etmək üçün Slovakiyanın paytaxtı Bratislava şəhərinə gəlib. Azərbaycan yığması bu çempionatda beş nəfər idmançı və bir nəfər beynəlxalq dərəcəli hakimdən ibarət heyətlə təmsil olunur. Bu gün, may ayının 4-də Cəsarət Əhmədov Avropa Armrestlinq Federasiyasının (EAF) növbəti qitə konfransında iştirak edəcək. Eləcə də bu gün çempionatın proqramına əsasən uşaqlar, yeniyetmələr və gənclər arasında çəki proseduru, hakimlərin seminarı, təsnifat seminarı, texniki görüş və sertifikatlaşdırma proseduru keçiriləcək. Qol güləşi üzrə 33-cü Avropa çempionatında yarışlara sabah, may ayının 5-də start veriləcək.
Bütün idmançılarımıza uğurlar diləyirik!

XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ