Paris Olimpiadasında uğurlu çıxış edən Azərbaycan cüdoçusu Hidayət Heydərov yarımfinala vəsiqə qazanıb.
XeberTıme.az xəbər verir ki, Azərbaycan cüdoçusu 1/4 final görüşündə kanadalı Artur Margelidon ilə qarşılaşıb.
73 kq çəki dərəcəsində çıxış edən idmançımiz rəqibini məğlub edib.
Hidayət Heydərov yarımfinal görüşündə kosovolu cüdoçu Akil Qyakovla üz-üzə gələcək.
***
Azərbaycan cüdoçusu Hidayət Heydərov “Paris-2024” Yay Olimpiya Oyunlarında ilk görüşünü keçirib.
73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız 1/8 finalda İsraildən olan Tohar Bitbulla qarşılaşıb.
Rəqibinə ipponla qalib gələn H.Heydərov növbəti raunda vəsiqə qazanıb. Onun 1/4 finaldakı rəqibi kanadalı Artur Margelidon olacaq.
XeberTıme.az