Futbol üzrə Azərbaycan Premyer Liqası, ölkə kuboku və Birinci Divizionunda mövsümün sonuna qədər bütün oyunlar Dövlət Himni ilə start götürəcək.
XeberTıme.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu addım Vətən uğrunda canlarından keçən şəhidlərə hörmət əlaməti olaraq atılıb.