Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədovun tapşırığına əsasən, idmanımızın daha da inkişaf etdirilməsi məqsədilə Bakının Lökbatan qəsəbəsində federasiyanın idmançısı Rövşən Məmmədovun təşkilatçılığı ilə yeni məşq zalı açıldı. Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küç. 244 ünvanında yerləşən “Məhəmmədəli” idman klubunun açılış mərasimi 27 avqust 2024-cü il tarixində baş tutub. Açılış mərasimində iştirak edən Qol güləşi üzrə uşaqlardan ibarət Milli yığma komandanın baş məşqçisi Elşən İsmayılov çıxış edərək AQGF prezidenti Cəsarət Əhmədovun adından tədbirə yığışanları salamlayıb, yeni zalın açılışı münasibətilə idmançıları və burada məşq edəcək bütün gəncləri təbrik edib.
XeberTıme.az