SON DƏQİQƏ

AQGF-nin yekun iclası keçirilib- FOTOLAR+VIDEO

Tarix:25-12-2024, 22:25

21.12.2024-ci il tarixində Azərbaycan Qol Güləşi Fedarasiyasında ilin yekunları ilə bağlı tədbir keçirilib.                                                                    AQGF-nin prezidenti Cəsarət Əhmədov öz çıxışında bildirib:                                                         
- Federasiya 15 ildən artıqdır ki, fəaliyyət göstərir və bu fəaliyyətimiz bizə hər zaman uğur gətirib və əminəm ki, qarşıdakı illərdədə uğur gətirəcək. Göstərdiyimiz uğurlu fəaliyyətimiz dövründə hər zaman dövlətimizə və dövlətçiliyimizə xidmət edərək sədaqətli olmuşuq. Qarşıdan gələn illərdədə İnşallah bu yolumuzu uğurla davam edəcəyik. Mən nə uğur qazanıramsa millətim üçün qazanıram, mən millətimi, dövlətimi sevirəm.   
Xatırladaq ki, 2024-ci ildə keçirilən rəsmi Avropa və dünya çempionatlarında Qol Güləşi Federasiyasının idmançıları 4 qızıl, 4 gümüş və 6 bürünc olmaqla ümumilikdə 14 medalla vətənə dönüblər. İl ərzində yüksək nəticə göstərən, fərqlənən idmançılara və onların məşqiçilərinə Azərbaycan Qol Güləşi Fedarasiyasının prezidenti Cəsarət Əhmədovun şəxsi vəsaiti hesabına hər idmançıya 200 AZN məbləğində pul mükafatı və 1 ədəd idman köynəyi hədiyyə edilib.   


                                                                   
Bizdə “XeberTıme.az” İnformasiya Portalı olaraq başda Dünya Armrestlinq Federasiyasının prezidentinin müşaviri, Azərbaycan Qol Güləşi Fedarasiyasının prezidenti Cəsarət Əhmədovu və fedrasiyanın bütün idmançılarını 15 ildə qazandıqları uğurlara görə ürəkdən təbrik edirik, qarşıdan gələn 2025-ci ildə möhkəm can sağlığı, bol-bol qalibiyyət arzulayırıq. 

        


İdmançılarla fəxr edirik!  

Yeganə Telmanqızı 
 XeberTıme.az

    
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ