SON DƏQİQƏ

Qadın hakimlərimizə yeni təyinat

Tarix:31-03-2025, 23:22

FIFA referisi Fəridə Lütfəliyeva növbəti təyinatını alıb. 
XeberTıme.az xəbər verir ki, o, 19 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının II seçmə mərhələsinin B Liqasında keçiriləcək oyunları idarə edəcək. Azərbaycanlı referi II qrup çərçivəsində aprelin 1-də Farer adaları – Moldova, 7-də Moldova – Kipr matçlarının baş hakimi olacaq. FIFA referisi aprelin 4-də Estoniya – Moldova qarşılaşmasında dördüncü hakim funksiyasını yerinə yetirəcək. Gülnurə Əkbərzadə isə həmin görüşlərin köməkçi hakimi olacaq.
 
Qrupun oyunları Moldovada təşkil olunacaq.

XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ