SON DƏQİQƏ

ZM Pilates Cicling Studionun açılışı olub-FOTOLAR

Tarix:5-08-2025, 17:44

İdman gözəllikdir, idman sağlamlıqdır və ən əsası bədən tərbiyyəsidir.                            
02.08.2025-ci il tarixində Sumqayıt şəhər bulvar ərəzisində hər bir xanımın zövqünə, könlünə oxşayan “ZM Pilates Cicling Studio” açıldı. Bu gözəl məkanda yüksək və müasir standartlara cavab verən məşq avadanlıqları bu gündən etibarən xanımların ixtiyarındadır. Yeni məkan haqqında qonaqlara məlumat verən AJB-nin üzvü Yeganə Telmanqızı qonaqları salamladı, yeni açılan məkan haqqında məlumat verdi. Beynəlxalq yarışların qalibi, Dünya və Avropa çempionu, AQGF-nın baş məşqiçisi, ZM şirkətinin direktoru Zöhrab Məsimov və Beynəlxalq dərəcəli fitness, trener və platess masteri, ZM qadın fitness Mərkəzinin rəhbəri Sevinc Həsənova bu gözəl məkanın açılışında iştirak edən ZM komadasını və qonaqları salamladılar, yeni açılan məkanın hər bir şəraitlə təmin olunmasını qonaqlara çatdırdılar: “İnanırıq ki, xanımların həm məşq, həmdə istirahət edəcəyi məkanlarından biri olacaq. “ZM Pilates Cicling Studio” hər bir şəraitlə təmin olunub, xanımlar burada həm dincələcək, həm də könül xoşluğu ilə məşq edəcəklər. Zalda xanımların məşqi üçün   hər bir əlverişli, gözəl şərait yaradılıb. İnanırıq ki “ZM Pilates Cicling Studio” hər bir xanımın sevimli məkanı olacaq". 
Rəmzi lent kəsildikdən sonra qonaqlar məkanla tanış oldular, şirniyyat süfrəsində tort kəsildi.  
ZM Pilates Cicling Studio- Cycle Zone, Pilates Therapy Studiodan ibarətdir. Xatırladaq ki, ZM Pilates Cicling Studio sayca  ZM şirkətinin sayca  üçüncü zalıdır.  

Xeyirli, uğurlu olsun! 


Yeganə Telmanqızı 
XeberTıme.az  

 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ