SON DƏQİQƏ

“Qarabağ” “Sumqayıt”ı məğlub etdi

Tarix:21-11-2025, 22:57

Futbol üzrə Misli Premyer Liqasında XII turun növbəti oyunu keçirilib.
XeberTıme.az  xəbər verir ki, son çempion “Qarabağ” səfərdə “Sumqayıt”la qarşılaşıb. Görüş qonaqların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam klubu 26 xalla turnir cədvəlinə başçılıq edir. Ev sahibi komanda isə 20 xalla 5-ci pillədədir.
Günün ilk görüşündə “Kəpəz” “Karvan-Yevlax”ı üstələyib - 2:1.
Qeyd edək ki, tura noyabrın 23-də yekun vurulacaq. 

XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ