Futbol- hər biri 11 oyuncudan ibarət olmaqla iki komanda arasında topla oynanılan dünyanın ən populyar idman növüdür.
Sumqayıt şəhərində Evropean Football Academy Sumqayıt filalının qonağı oldum.
Evropean Football Academy Sumqayıt filalının məşqiçi müəllimi Ramiz İsmayılov “XeberTıme.az” İnformasiya Portalına öz müsahibəsində bildirdi:
- Yeganə xanım məqsədimiz Azərbaycan futbolu üçün yaxşı idmançılar yetişdirməkdir. “Qarabağ” komandası beynəlxalq yarışlarda xal qazanaraq azərkeşlərini, Azərbaycan xalqını öz uğurları ilə sevindirib, ən əsasıda öz adını dünya futbol tarixinə yazdıra bildi, dünya Azərbaycan futbolunu tanıyır. Deyərdim ki, artıq böyüməkdə olan nəsildə, gənclərdə futbola maraq artıb. İdmançılarımızı fiziki və hücum/müdafiə baxımından eləcədə psixoloji hazırlırla inkişaf etdiririk. Biz dünya arenalarında idmanla öz sözümüzü deyən xalqıx, bu gün bu stadionda məşq edən idmançılarımız dünyanın ən böyük futbol stadionlarında oynayaraq vətənə qalibiyyətlə dönəcəklər.
Avropa Futbol Akademiyasının Sumqayıt filalında 4-15 yaşa qədər 5 yaş qrupunda (2010, 2011, 2012, 2013, 2015) 100-ə qədər futbolçu şagirdimiz var. Qarabağ İspaniya, İtalya futbol klubları ilə müqavilələrimiz var və bu klublara uğurlu idmançılarımızı təqdim edirik. Nəticəsi yaxşı olan idmançı şagirdlərimizi milli komandanın tərkibinə təqdim edirik. Şəhər yarışlarında, birinçiliklərdə qalib idmançılarımız var: Araz Qocayev, Süleyman, Özgül Qocayev, Məhəmməd Babayev, Hikmət Tağıyev, Emin Məmmədov, Məhəmməd Mustafa, Araz Qocayev,
komandamızın qapıçısı Arif İsgəndərov, İlqar Tağıyev,
Xatırladaq ki, məşqiçi müəllim Ramiz İsmayılov 1999-cu ildən futbol idman növündə məşqlərə başlayıb. Sabir Əliyevdən, Həsən müəllimdən, Cavanşir müəllimdən, Firdovsi müəllimdən futbol dərsləri alıb. Müxtəlif liqalarda oynayıb, həvəskar çempiondur.
Bizdə “XeberTıme.az” İnformasiya Portalı olaraq Evropean Football Academynın bütün futbolçularına bol-bol uğurlar arzulayırıq.
İdmançılarımızla fəxr edirik!



















Yeganə Telmanqızı
XeberTıme.az