SON DƏQİQƏ

Zöhrab Məhsimov Budapeşt şəhərində keçirilən 35-ci rəsmi Avropa çempionatında qalib olub

Tarix:19-05-2026, 19:35

8-20 may  tarixlərində Budapeşt şəhərində keçirilən 35-ci rəsmi Avropa çempionatında dəfələrlə Avropa, Dünya çempionu, Azərbaycan idmanına kifayət qədər töhfələr vermiş, AQGF-nın baş məşqiçisi, Beynəlxalq  dərəcəli idman ustası Zöhrab Məhsimov qalib olaraq vətənə dönüb. Zöhrab Məhsimov öz şəxsi facebook səhifəsində paylaşdı: “Həyatda uğur qazanmaq istəyirsənsə mütləq nələrisə qurban verməlisən. Əsil peşakar idmançılar bilir ki bir beynalxalq yarışa hazırlaşmaq üçün insan nə qədər əziyət çəkir. 
Ölkəsinin bayrağını ucatmaq, dövlətini, millətini layiqincə təmsil etmək ən böyük şərəfdir. Mənim bir amalım var. Bu bayrağı dünyanın hər yerində şərəfnən uca tutmaqdır. Bu Bayraq üçün yaşamağada, ölməyədə dəyər. Yaşasın Azərbaycan xalqı, yaşasın AQGF!
Qol güləşi üzrə Milli yığma komandanın üzvləri Budapeşt şəhərində keçirilən 35-ci rəsmi Avropa çempionatında iştirak etmişdir.  
Qeyd edək ki, 11 nəfərdən ibarət heyətin Avropa çempionatında iştirakı üçün tələb olunan bütün vəsait, o cümlədən aviabiletlərin alınmasına, otel və transfer məsrəflərinə, qidalanmaya, idman formalarına, idman qida əlavələrinə və digər məqsədlərə çəkilən məsrəflər bütünlüklə Dünya Armrestlinq Federasiyasının prezidentinin müşaviri, Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti. Cəsarət Əhmədovun şəxsi vəsaitləri hesabına ödənilib.
Qeyd edək ki, Qol güləşi üzrə 35-ci rəsmi Avropa çempionatında ölkəmizi aşağıdakı idmançılar təmsil ediblər:
 
1.Qurbanov Kamram (məşqçi-idmançı) +110 kq;
2.Məhsimov Zöhrab (məşqçi-idmançı) 80 kq;
3.İsmayılov Elşən (mşqçi-idmançı) 100 kq;
4.Əmiraslanov Nihad (idmançı) 55 kq;
5.Fərzəli Atabəy (idmançı) 55 kq;
6.Fətəliyev Rafiq (idmançı) 55 kq;
7.Qurbanlı Musa (idmançı) 50 kq;
8.Hüseynov Səfər (idmançı) 50 kq;
9.Rəşidov Nicat (idmançı) 55 kq;
10.Şahgəldiyev Təsəllim (idmançı) 90 kq. 
 
Bizdə “XeberTime.az” İnformasiya Portalı olaraq fəxrli idmançımız, çempion Zöhrab Məhsimovu təbrik edir, ona gələcək yarışlarda yeni-yeni uğurlar, möhkəm can sağlığı və daim zirvələr arzulayırıq! 



 
Yeganə Telmanqızı 
XeberTıme.az 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ