SON DƏQİQƏ

Azərbaycan millisi Avropa çempionatında üçüncü medalı qazandı

Tarix:29-11-2020, 01:00

Ukraynanın paytaxtı Kiyevdə keçirilən bədii gimnastika üzrə Avropa çempionatında Azərbaycan millisi üçüncü medalını qazanıb.
Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinanın təmsil olunduğu qrup komandası finalda 3 halqa və 2 cüt gürz ilə çıxış edib. 30,650 xal toplayan komanda nəticədə Türkiyə və Ukraynadan sonra 3-cü yeri tutaraq bürünc medalın sahibi olub.

Qeyd edək ki, dünən Azərbaycanın qrup komandası 3 halqa və 2 cüt gürz ilə hərəkətlərdə gümüş medal qazanıb. Həmçinin yığma yeniyetmə və qrup nəticələrinə əsasən 3-cü yeri tutub.
Sabah – Avropa çempionatının son günündə Zöhrə Ağamirova və Arzu Cəlilova böyük gimnastlar arasında çoxnövçülük yarışlarında qitə çempionu adı uğrunda mübarizə aparacaq.


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ