SON DƏQİQƏ

Azərbaycanda bu uşaqlara pul veriləcək - QƏRAR

Tarix:11-06-2022, 00:15

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara 265 manat kompensasiya ödəniləcək. 
XeberTıme.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” qərarında dəyişiklik edib.
 
Dəyişikliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslərə aliorta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında (bundan sonra - AMEA) təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları alınması təhsil aldığı müəssisənin və ya AMEA-nın vəsaiti hesabına təmin edilməli və yaxud həmin dərslik və dərs ləvazimatları əvəzinə 265 manat məbləğində pul kompensasiyası ödənilməlidir.

“XeberTıme.az”   


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ