Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanununda dəyişiklik müzakirə edilib.
XeberTıme.az xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 33 milyard 779 milyon 500,0 min manat, xərcləri 36 milyard 568 milyon 800,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 33 milyard 14 milyon 798,0 min manat, yerli gəlirləri 764 milyon 702,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 milyard 791 milyon 792,0 min manat, yerli xərcləri 777 milyon 8,0 min manat) məbləğində təsdiq edilməsi təklif edilib.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.
XeberTıme.az