MARSOL və KOPİA şirkətlərinin təşkilatçılığı ilə 07 noyabr 2023-ci il tarixində Bakı İdman Sarayında ölkəmizdə istehsal olunan yerli məhsulların sərgisinin açılışı olmuşdur.
3 gün davam edən sərgidə yerli sahibkarların, şirkətlərin istehsal etdikləri müxtəlif çeşidli məmulatlar, müasir standartlara çavab verən yeyinti, ərzaq və qida məhsulları , müxtəlif çeşidli şüşə qablar, metal konstruksiyalar və sair məhsullar nümayiş olunmuşdur.
Sərgi ilə tanış olduq. Hər stenddə ayrılmış məhsullara tamaşa etdik. Xəzər rayonun Qala qəsəbəsindəki BUTA GLASS fabrikinin gördükləri işlər diqqətimizi daha çox cəlb etdi.Fabrikda şüşə məmulatlarından istifadə etməklə istehsal olunan incə əl işləri sərgi iştirakçılarının marağına səbəb oldu. Fabrikin satış şöbəsinin müdiri Yavuz Ələddin oğlu Həsənov istehsal olunan müxtəlif çeşidli milli ornamentlərlə zəngin məhsullar barədə ətraflı məlumat verdi. Şüşədən hazırlanmış qablar, stəkan , rumka və nəlbəkilər, bir sözlə müxtəlif çeşidli məhsullar təcrübəli işçilərin zəhməti hesabına başa gəlmişdir.
Fabrik qardaş Türkiyə və Cin Xalq Respublikası ilə sıx əlaqə saxlayır. Təcrübəli mütəxəssislər tez- tez xarici ölkələrə ezam olunur və orada istehsal olunmuş yeni texnologiyaların istehsalata tədbiq olunmasında səmərəli fəaliyyət göstərirlər. Onu da qeyd edək ki, BUTA GLASS-ın məhsulları evlərimizdə istifadə olunan ən keyfiyyətli məhsullardandır. Sərgidə Atena fermasının istehsal etdikləri sud məmulatları, FFF+N MMC- nin ( təsisçi Tahirə İslamova) iplik , kəndir və digər məhsullar , Gədəbəy dağlarının qoynundan süzülən və təbii olaraq toplanan Slavyanka bulaq suları və digər məhsullar nümayiş olunurdu.
Dövlətimiz hər zaman sahidkarlara diqqət və qayğı göstərir.
Bazar iqtisadiyyatına keçidlə və rəqabətlə bağlı hər bir şirkət işçiləri öz məhsullarını satmaq və dünyada təbliğ etmək üçün əllərindən gəlın köməyi əsirgəmirlər.
Sərgiyə gələn ziyarətçilər yerli istehsalçıların gördüyü işlərdən zövq alaraq sevinc hisslərini bizimlə bölüşürdülər. Hər bir yeni iş yeri bir ailənin dolanışığı deməkdir.
Ölkəmizdə sahibkarlığın inkişafına dəstək olmaqla və yeni istehsal sahələri yaratmaqla işsizlik problemini aradan qaldırmasıı dövlətimizin ən prioritet vəzifələrindən biridir.
Rauf İlyasoğlu