SON DƏQİQƏ

Banklar haqqında qanun dəyişdiv

Tarix:26-12-2023, 08:37

Azərbaycanda yeni qəbul olunmuş "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında’ qanunla əlaqədar "Banklar haqqında qanun"da dəyişikliklər edilib.
XeberTıme.az  xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Belə ki, qanunun 38.3 maddəsi çıxarılıb.
Bu maddəyə görə, Azərbaycan Mərkəzi Bankı bankların istifadə etdikləri avtomatlaşdırılmış hesablaşma və pul köçürmələri sistemlərinin etibarlığının və təhlükəsizliyinin, bank informasiyasının mühafizəsinin onlar tərəfindən təmin edilməsinə aid minimum tələbləri müəyyən edə bilər.
Bu səlahiyyətlər AMB-də qalmaqda davam edir, çünki "Mərkəzi Bank haqqında" qanunun 48.3.4-cü maddəsində öz əksini tapıb.
Bununla yanaşı, banklar ödəniş əməliyyatlarını və hesablaşmaları Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununa, habelə Mərkəzi Bankın həmin Məcəlləyə və Qanuna uyğun olaraq qəbul etdiyi normativ xarakterli aktlara, bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə və müvafiq müqavilələrə uyğun olaraq həyata keçirirlər.
Digər dəyişikliyə əsasən, banklar istənilən halda ödəyiciyə tapşırığın icrası haqqında bildiriş verməli olacaqlar. 

XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ