SON DƏQİQƏ

Sahibkar xanım Kəmale Meherremova Türkiyyədə mötəbər tədbirdə iştirak edib-FOTOLAR+VİDEO

Tarix:29-04-2026, 03:57

Azərbaycanlı sahibkar xanım Kəmale Meherremova dövlət dəstəyi ilə Türkiyənin Qaziantep şəhərində 01-04 aprel 2026-cı il tarixlərində keçirilən “Tarım, tarım teknolojileri ve hayvancılık fuarı (Kənd təsərrüfatı, texnologiyaları və heyvandarlıq) yarmarkasında iştirak edib. Sərgi çərçivəsində o, Anadolu televiziya kanallarından birinə də müsahibə verib.

XeberTime.az həmin müsahibəni oxuculara təqdim edir.

 


Azərbaycanın kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən sahibkar xanımlar ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayırlar. Onlar aqrar sahədə innovativ yanaşmalar tətbiq edir, yerli istehsalı gücləndirir, kənd yerlərində məşğulluğun artmasına töhfə verirlər. Bu baxımdan sahibkar xanım Kəmale Meherremova da kənd təsərrüfatı sektorunda fəal fəaliyyəti ilə seçilən işgüzar qadınlardan biridir. O, həm yerli, həm də beynəlxalq tədbirlərdə iştirak edərək Azərbaycan kənd təsərrüfatının inkişafına öz töhfəsini verir, yeni texnologiyaların tətbiqi və təcrübə mübadiləsi istiqamətində mühüm addımlar atır. 
Kemale Meherremovanın fəaliyyəti ölkədə qadın sahibkarlığının inkişafına, aqrar sektorun modernləşdirilməsinə və iqtisadi potensialın daha da güclənməsinə xidmət edir.

Qeyd edək ki, Kəmale Meherremova 26 aprel 2026-cı il tarixində Gəncə şəhərində keçirilən “Qadın sahibkarlarının I Qurultayı 2026” iştirak edib. O, qurultay çərçivəsində təltif olunan 5 sahibkardan biri kimi xüsusi planketlə mükafatlandırılıb.



 

Yeganə Telmanqızı 
 XeberTıme.az  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ