SON DƏQİQƏ

Tövbə

Tarix:19-05-2021, 09:26

Quranın Tövbə surəsini oxuyarkən
Kafirlər  tövbə edib İslamı qəbul etsə, 
Allah  bəlkə  əzabdan uzaq edər bağışlar.
Müşriklər zəkat verib, namaz qılsalar əgər, 
Aman verər Allahım,
Rəbbim sizi bağışlar.

Sözdə razı olsalar, qəlbləri inkar etsə, 
Əhdi- peymana onlar əsla riayət etməz.
Dinə tənə vuranın andların aşkar etsə, 
Küfr başçılarıyla vuruşan günah etməz.

İman gətirənlərə əsla bir zərər yetməz, 
Müşriklər küfr etsələr, əməlləri puç olar 
Allah zalım dəstəni heç vaxt hidayət etməz, 
Rəsulu inkar edən əbədi odda qalar.

Malları canı ilə iman gətirənləri, 
Sınayın aranızda cəsus, satqın olmasın.
İmanı zəif olan, töhmət götürənləri, 
Zalımlar, fitnəkarlar yer üzündə qalmasın.

Ühüd  faciəsindən əvvəl fitnə görəndi,
Döyüşdən soyudular , kafirlər üstələdi.
Aşkar oldu Allahın əmrin hər kəs görəndi, 
Nifaq, qan törədənlər alova itələndi.

Miskinə ver sədəqə, borclarını ödəsən, 
Peyğəmbəri incidən, cəzası ağır olar.
Ziyana uğrayanda, gərək bunu biləsən, 
Zülm edən o qövmünün qəlbi saralıb solar.

Allah mömin insana pak cənnət vəd edibdir, 
Münafiqlər and içib İslamı qəbul edib.
Dönüb kafir olanlar  sui- qəsd törədibdir, 
Allahdan üz döndərən, düz cəhənnəmə gedib. 

Sədəqə verən zaman tənə vurma yoxsula, 
Allah bütün gizlini , qeydləri də biləndi.
Xəsislik etsən əgər, üz çevirən yoxsula,
Məsxərə edənləri, O əzaba bələdi.

Onlarcün yetmiş dəfə   bağışlanma diləyən, 
Zalımı bağışlamaz, Rəbbim hidayət etməz.
Allaha, peyğəmbərə kafir oldu, biləsən, 
Münafiqlər qorxudan döyüşə heç vaxt getməz.

Allahın peyğəmbəri canıyla cihad etdi, 
Mömin iman gətirən,həm də nicat tapandır.
Düşmən ilə döyüşə, öndə, qabaqda getdi, 
Allaha inananlar muradına catandir.

Məzəmmət yolu ancaq o kəslərə açıqdır,
Səndən izn istəyən qadın, uşaq, əlildir .
Çox bədəvi ərəbin yolu əyri , ucuqdur, 
Allahdan nazil olan Quran buna dəlildir.

Yaradan tövbələri əlbət qəbul edəndir, 
Allah hikmət sahibi, gizli işi biləndir.
Kafirlər əməliylə cəhənnəmə gedəndir,
Döyüşdən qaçanların çoxu qorxaq,  diləndi.

Tövbə edib, ibadət, həm də oruc tutanlar, 
Dinin qolun, əsasın qoruyanlar kimindir 
O, dirildir, öldürür, ayılınney yatanlar, 
Tövbə qəbul edənlər,  buna hər kəs əmindir.

Hər bir Surə möminin imanını artırar, 
Münafiqlərin çoxu istehza da edərlər.
Onlar nə tövbə edər, nə də ibrət alarlar, 
Anlamaz o dəstələr üzü qara gedərlər.

Rauf ilyasoğlu , 
17 may 2021- ci il


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ