SON DƏQİQƏ

Səhidlərimizin adları əbədiləşdirilməlidir

Tarix:7-07-2021, 11:29

Şəhidlər bizim and yerimizdir.
Şəhidlər ən uca zirvəyə yüksəlmiş vətənin mərd, cəsur, igid  ovladlaridirlar.
Belə igid ogullardan söhbət açmaq istəyirik.
Musatafayev Elməddin Məhəmməd oğlu 2001- ci ilin  may ayının 1- də Qəbələ rayonunda zəhmətkeş bir ailədə  anadan olmuşdur. 2018- ci ildə orta məktəbi bitirmişdir. Turizm və otelçilik üzrə peşə məktəbində aşbazlıq sənətinə yiyələnmişdir. Elməddin oxuduğu illərdə idmanla da  müntəzəm məşğul olmuşdur. 


Anası Könül xanımın dedikləridən; 

- " Balam çox tərbiyəli,ağıllı bir uşaq idi .Balamı çox əzab-  əziyyətlə ,çətinliklə böyütmüşəm.
2019- cu ilin iyulun 3- də hərbi xidmətə çağırılmışdır.  Lakin iyulun 5- də hərbi xidmətə yollanmışdır. 2020- ci ilin sentyabrın 27- də başlanan  ikinci Vətən müharibəsində Füzuli istiqmətində gedən döyüşlərdə qəhrəmancasına vuruşmuşdur. Müharibənin 14- cü günü, oktaybr ayının 10- da ağır döyüşlərin birində igidliklər göstərmiş və  şəhidlik zirvəsinə ucalmışdır.
Prezdentimizin Sərəncamı ilə oğlum Elməddin 5 meddala təltif olunmuşdur.
Ali Baş komandan cənab İlham Əliyev tərəfindən Vətən uğrunda medalı, Xocavəndin azad olumasına görə, Füzulinin azad olunmasına görə, Şuşanın azad olunmasına görə, Cəsur döyüşçü medalı ilə təltif olunmuşdur.

Oğlumun adının əbədiləşdirilməsini  istəyirəm."  Şəhid analarına Allahdan səbr diləyirəm.

- Biz inanırıq ki, Qəbələ rayonunun aidiyyatı qurumları Şəhid Elməddin Məhəmməd oğlu Mustafayevin adının əbədiləşdirilməsi üçün rayonun küçələrindən və ya məktəblərindən birinin onun  adına verilməsinə köməklik edəcəkdir.
İgid vətən oğlullarının  yaşadıqları  küçədə "Şəhidlər bulağı"  inşa etdirmək və ya şəhidin baralyefinin yaşadığı  binaya həkk olunmasında imkanlı insanlar öz xeyirxah əməllərini davam etdirməlidirlər.
Ruhun şad olsun Elməddin! 
Sizin vətən qarşısında xidmətlərimiz ən yüksək mükafatlara layiqdir.

Rauf İlyasoğlu.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ