SON DƏQİQƏ

Tarix yazan şəhidlərimiz

Tarix:5-12-2020, 09:45

Rauf İlyasoğlu  yazır-  Milli ruhumuz Qalibiyyətə  imza atdı. 
Keçilməz yollarla, sıldırımlı dağları aşaraq dağlıq şəraitində şəhər döyüşündə əlbəyaxa olaraq düşmənə zərbə vuraraq Şuşanı bizə bəxş edən Şəhidlərimizə və qazilərimizə borcluyuq.Vətən müharibəsində silahlı qüvvələrimizin 2783 nəfər hərbi qulluqçunun həlak oldu.
Xarı bülbüllə  döndü şəhidlərimiz.  
Ustad şairimiz Bəxtiyar Vahabzadənin " Torpaqdan pay olmaz şeirinə bir vaxtlar yazdığım nəzirə yadıma düşdü:
Çox qanlar kmtokülub o Qala üstə,
Körpə də ağlayar muğamat üstə,
Xarı bülbül bitər Cıdır düzü üstə ,
Dırnağı mayadan ayirmaq olmaz,
Torpaqdan düşmənə zərrə pay olmaz.
27 sentyabr hər il Anım Günü kimi qeyd olunacaq.Səhidlərimizin qanı yerdə qalmadı.
Heç bir şəhid ailəsi, heç bir qazımız diqqətdən kənar qalmayacaqdır.
Şəhidlərimiz haqqında ,qazilərimiz, əlillərinin haqqında yeni qanunlar  qəbul olunacaqdır.
Hərbçilərimizin sosial problemləri həll olunacaqdır.
Şəhid ailələri ilə görüşlər mütəmadi təşkil olunacaq..
Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatdır .
Şəhid özü vətən deməkdir, Şəhid qanıyla suvarılan vətən hər kəsə doğmadır, əzizdir.
Zəfəri yaratmış şəhidlərimizin ruhu da  bu gün şaddır.   Şəhid məzarına sığal çəkən şəhid anası. Şəhid olsaq giz yaşınızı silin deyən şəhidlərimizin cəsurluğundan gözlərimiz doldu, bosaldi.
Hər bir şəhid bizə qardaşdır, övladdır .
Dekabrın 4 də şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Saat 12 -00 da Azərbaycan Respublikasının prezidenti İlhamƏliyev  və Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın Şəhidlər xiyabanına gələrək şəhidlərimizə bas etdilər. Şəhidlərimizi ehtiramla yad etdilər . Tarixi ədaləti bərpa edən Silahlı Qüvvələrimizin Ali Baş Komandanımız xalqımızın daha yaxşı yaşaması üçün bütün imkanlardan istifadə etməklə diqqət və qayğısını, humanist addımlarını atmaqla hər bir ailəni sevindirəcəkdir.Sosial yardımlar pensiyalar,   maaşlar daha da artırılacaqdır. Bütün kateqoriyadan olan əlillərə  qarşı güzəştlər ediləcək, kommunal xərclər də daxil olmaqla onlara imtiyazlar veriləcəkdir
 Şəhidləri vətən sevdası qoynuna çəkdi. Şəhidlər vətən uğrunda canlarını qurban verdilər.
Azərbaycanda, Türkiyədə, İranda, İsraildə  Rusiyada   və digər ölkələrdə cəmi şəhidlərimizə anildı.
 Şəhidlərimiz əbədi yasayirlar. Təzəpir məscidində Məshət   namazı qılındı .
Bütün ibadət ocaqlarında dualar oxundu, şəhidlərimizin ruhuna dua namazları qılındı.
 Şəhid ailələrini darıxmağa qoymamaliyiq . Axı şəhidlər bizim qürurumuzdur. Onlar bizə Qələbə qazandirdılar
Hər bir şəhidimiz haqqında, hər bir doyuscumuz haqqında çoxlu kitablar yazılacaq.
Cənnət məkanda rahat uyuyun. Qarabağın hər cıgırında sizin iziniz var.
Şəhidlər ölməz, vətən bolunməzdir
Zəfər muzeyi yaradılması şəhid ruhuna hörmətin bariz nümunəsidir
Şəhid ailələrinin işlə təmin olunması , şəhid ailələrinin təhsil haqları dövlət tərəfindən həll olunur , diqqət və qayğı daha da artırılacaqdır.
Allahdan cəmi şəhidlərimizə rəhmət, yaralı döyüşçülərimizə şəfa diləyirik.
Xarı bülbülü azadlığa qovuşdursun ordumuz var olsun.


Rauf İlyasoğlu                                                                                                        Yazıçı, Publisist


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ