SON DƏQİQƏ

Şəhid bacısı ehtiramla yad edildi

Tarix:13-07-2021, 01:08

11.07.2021-ci  il tarixində  Azərbaycanın Milli Qəhrəmanı, əfsanəvi komandir , şəhid  Allahverdi Bağırovun bacısı Həqiqət Məmmədovanın  (qaynanamın)  vəfatının bir il dönümü idi.Vətən , qardaş deyə deyə dünyasını dəyişmiş Həqiqət  xanım dörd ay da yaşasaydı, Vətənimizin yağı taptagından azad olunmasını da  görərdi, qəlbi də sevinərdi.
27 il ağladı, Allahverdi, Eldar, Əmir deyə deyə dünyasını dəyişdi. Kişi qeyrətli Həqiqət ana.
.Bacııların,   övladların, nəvələrin, doğmaların   bu gün məzarını ziyarət etdilər. Ruhuna dualar oxudular.
Bu gün el - obamiz,   xalqımız  azadlığına qovuşmuş Ağdama gedərək əvvəlcə  Allahverdi Bağırovun,  məzarını ziyarət edirlər. Şəhidlərimizə rəhmət diləyirlər. Ruhun asimanda qardaşlarına qovuşdu, məğrur insan.
Ruhun şad olsun.
Məzarın  ilahi  nuruylla dolsun. Əbədi qəlbimizdə yaşayan   qürurlu şəhid bacısı.

Allah sənə rəhmət eləsin.

Rauf İlyasoglu


 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ