SON DƏQİQƏ

AD GÜNÜN MÜBARƏK ASLAN, ŞƏHİDİM...!

Tarix:17-07-2021, 13:27

Bu gün  Şəhid Aslan Maksud oğlu  Mirzəyevin, soyuq məzarında  ilk Ad günüdür.
Mirzəyev Aslan Maqsud oğlu 17 iyul 2000-ci ildə Naxçıvan şəhərinin Şərur rayon Xök  kəndində anadan olmuşdur. İlk təhsilini 2006-2015-ci illərdə Məhəmməd Əliyev adına Xök kənd tam orta məktəbdə almışdır. 2018-ci ilin iyul ayında hərbi xidmətə yollanaraq iyul-sentyabr aylarında ,N- saylı hərbi hissədə gənc əsgər qismində hazırlıq kursu keçdikdən sonra hərbi xidmətini,N- saylı hərbi hissədə davam etdirmişdir. Hərbi xidmətinin son 3 ayında Xüsusi Təyinatlı Qüvvələrin snayper hazırlığı kurslarında iştirak etmiş, 2020-ci ilin yanvar ayından etibarən Xüsusi Təyinatlı Qüvvələrin, N- saylı hərbi hissəsində snayperçi vəzifəsində və əsgər rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətə başlamışdır. 2020-ci ilin oktyabr ayının 10-da döyüş bölgəsinə yollanmış, Xocavənd, Füzuli, Hadrut, Daşaltı, Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşmuşdur. Döyüş zamanı sərrast atışları ilə çoxlu sayda erməni quldurunu məhv etmiş, qolundan yaralandıqdan sonra döyüş yoldaşlarının təkidinə baxmayaraq yaralı vəziyyətdə döyüşə davam etmişdir. Döyüşlərin son günlərinə qədər igidliklə vuruşmuş, Şuşa uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərmişdir. Noyabr ayının 9-da Şuşada gedən qızğın döyüşlər zamanı şəhid olmuşdur. Ölümündən sonra prezidentin sərəncamı ilə "Xocavəndin azad olunçasına görə", "Şuşanın azad olunçasına görə" və " Vətən uğrunda" medalları ilə təltif olunmuşdur.
 
-Şəhidimizin atası Maksud Mirzəyevin dilindən eşidərək 
qeyd etdiyim bu cümlələr insan qəlbinin ağrı acısının səsiz harayıdır.

--Mən ən yaxınımı,,atamı itirdim. Atamı özümdən də, Aslanda da, on dəfə,on qat,  çox istiyirdim.
Amma atamın acısı belə olmadı axı....
Atam işdi yorğan-döşək içində,tox qarnına,susuz da deyildi,evində dünyasını dəyişdi.
Amma Aslan Mirzəyev,29- gün savaş, yorğun ac susuz, hamısı əksi. Nə ümidlərlə, nə arzularla,nə həvəslə,sən  savaş, müharibənin  bitməsinə bir gün və ya bir neçə saat qala səni vursunlar, öldürsünlər.Bax biz bu acını yeyə bilmirik, bu acını həzm edə bilmirik.
- Mən cahil bir insan deyiləm,
Çox üzür istiyirəm, deyə bilmirəm, məni bağışlayın. Yadıma düşdükcə dilim dodağım quruyur.
Mən başa düşürəm, Dövlətimizin əbədi müstəqil olması üçün, Bayrağımızın yenilməzliyi  üçün,Torpaqlarımızın azad,hər zaman əbədi qalması üçün, Namusumuzun təmiz qalması üçün,savaşmaq lazımdır,bunu bilirəm.
Başqa bir ölkənin vətəndaşı gəlib, əsgəri gəlib, bizim torpağımızı qorumayacaq ki, Əlbətdə, hər bir Azərbaycan vətəndaşının borcudur.Bu mənimdə boynundadır.
Deyə, Maksud  Mirzəyev,nə qədər ağır olsada, söhbətinə davam edirdi.
Mənim on övladım yox ,yüz övladım olsa da,Mən ona icazə verə bilmərəm ki, evdə rahat - rahat yatsın,mənim dövlətimə,millətimə, düşmən xəyanət eyləsin.Mən bunu qəbul edə bilmərəm.
Amma, məni bağışlayın danışdıqca boğuluram,
Amma qəlbimizi başa sala bilmirik. ,Bu ət parçasını, qəlbimizi , başa sala bilmirik.
Bu dünyanın 205 ölkəsi var. Onun bütün sərvətini bizə versən,acımızdan zərrə qədər dinməz....
-Hə ... Bizə bu acını 
 dindirmək iki kəlməyə sığışdırmalı olsaq, keçərli  iki söz var.
Dövlətimizin diqqət və qayğısı, birdə millətimizin.
Onuda görürük.
Allah dövlətimizdəndə millətimizidən də razı olsun.
Həqiqətən də mən bu qədər gözləmirdim.
Mən gözləmirdim ki, şəhid ailələrinə,şəhid yaxınlarına bu qədər sayqı,, hörmət ola. Bu qədər gözləmirdim.Mən daha çox daha çox gördüm.
Allah dövlətimizin bayrağın əbədi və daimi eyləsin.Millətimizi əziz və mehriban eyləsin.Dövlətimizlə birlik bərabərlik içində eyləsin.
-  -Təkcə bu qəlbi başa salmaq olmur...
Çünki acı elə bir acıdır ki,yeni evdə bir övladı itirməklə  birdə 29 - gün  müddətində,yorğun nedeniyle Onu itirməyin açısı eyni deyil.İnanin ki, eyni deyil.
Çox böyük açıqdır. Biz bu dünyamızı itirdik...
- Şəhid Aslan Mirzəyevin atası Maksud müəllimi dinləmək heç mənədə asan olmadı.
Bu, şəhid atasının,ağrı acısının qəlbimdən keçirdikdə Onların kədərlərini təsəlli edəcək  söz tapa bilmədiyimə çox üzüldüm.

Toy nişan xonçası daha bükmürəm
Aslan, müharbəyə könüllü getdi,
Döyüşdü, vuruşdu,çox mərdlik,etdi.
Xüsusi təyinat, kəşfiyyatçısı,
Sınayper  hərbici vətən balası
Göstərir hər kəsə öz igidliyin
Hərbi hissəsində öz komandirin,
Qurtarır mərdliklə mühasirədən.
Seçilir , alqışlar alır hər kəsdən .
Aslan parçasıdır,hey deyirdilər.
Ən  öndə gedəndir  O, bilirdilər.
Yaralanır döyüşlərin birində,
Güllələr qəlpəsi qalır, çiynində
Qazıyır bıçaqla, qanın icində
Çıxardır qəlpəni öz əlləriylə.

.............ana necə dözür bu acılara
Ürəyin boşaldır lap yana
-Aslanım gedibsə, bir dünyam gedib,
Yıxıb can evimi tarimar edib.
Nişanlı olmuşdu qonşu qızına,
Elimin gül kimi bahar,yazına.
///
Deyirdi gələcəm,toy,nişan edim,
Xoşbəxt subayliqdan bəyliyə keçim.
Şəhidlik zirvəsi qisməti oldu
Bəyliyi cənnətə dəyişdi soldu
///
Çox çətin dərtdi bu,dözə bilmirəm,
Ürəkdə bu dərdi,çəkə bilmirəm.
Çox sözü danışıb ,deyə bilmirəm,
Toy nişan xonçası daha bükmürəm.
///
Qonşunun qızıdı, nişanlısıdı,
Çəkə bilmirik biz onun nazını.
Off,fələk döndərib qışa, yazını.
Qaraya döndərib,al qırmızını.
///
Vətənin özündən artıq sevirdi,
Hərbidə xidmətin səhvsiz,edirdi.
Cənnətin bağının güllərin dərdi
Aslansız bu dünya mənə qəhərdî.

Sevda İbrahimli
Şair- Publisist

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ